AHİK-də respublika müsabiqəsinin qalibləri mükafatlandırılıblar
05.05.2016 [09:57]
Mayın 4-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şurasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Mehbalıyev məruzə ilə çıxış edib.
AHİK sədri bildirib ki, Azərbaycanda dövlətimizin başçısı tərəfindən aparılan quruculuq işləri, iqtisadi islahatlar, struktur dəyişiklikləri və sosial proqramların icrası, nəzərdə tutulmuş bütün investisiya layihələrinin vaxtında həyata keçirilməsi prosesi bütövlükdə müasir texnologiyanı özündə əks etdirən, beynəlxalq standartlara cavab verən iş yerlərinin açılmasına imkan verib.
BMT tərəfindən 2015-ci ilin “Beynəlxalq torpaq ili” elan edilməsi və bu qlobal çağırışlara qoşularaq Prezident İlham Əliyev tərəfindən 2015-ci ilin ölkəmizdə “Kənd təsərrüfatı ili” elan edilməsi aqrar sektora göstərilən dövlət qayğısının təzahürü olmaqla, ölkəmizdə kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin artırılması və əhatə dairəsinin genişləndirilməsi ilə yadda qalıb.
S.Mehbalıyev deyib ki, Beynəlxalq Əmək Təşkilatı 2016-cı ildə Ümumdünya Əməyin Mühafizəsi Gününün “İş yerində stress-kollektiv çağırış” şüarı ilə keçirilməsini elan edib. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən “İstehsalatda bədbəxt hadisələrin təhqiqatı və uçotu qaydaları”na istehsalatda stress situasiyaları nəticəsində baş verən infarkt, insult kimi xəstəliklərin istehsalatla əlaqələndirilməsi barədə dəyişikliklər qəbul edilib. Bu dəyişikliklərin edilməsi Azərbaycanda sosial tərəfdaşların maraqlarının Beynəlxalq Həmkarlar İttifaqı hərəkatının, Beynəlxalq Əmək Təşkilatının işçilərin sosial müdafiəsi sayəsində yürütdükləri siyasətə tam uyğunluğunu sübut edir.
Qeyd olunub ki, AHİK tərəfindən işlənib hazırlanmış, sosial tərəfdaşlarla razılaşdırılmış və imzalanmış 2016-2017-ci illər üçün Baş Kollektiv Sazişdə sosialyönümlü vacib məsələlər, o cümlədən əməyin və sağlamlığın mühafizəsi, ekoloji təhlükəsizlik məsələləri əksini tapıb. AHİK-in təklifi və sosial tərəfdaşların dəstəyi ilə Milli Məclis tərəfindən “Texniki təhlükəsizlik haqqında”, “İstehsalatda bədbəxt hadisə və peşə xəstəliyi nəticəsində peşə əmək qabiliyyətinin itirilməsinin icbari sığortası haqqında” qanunlar qəbul edilib.
Bildirilib ki, son illər ərzində AHİK-in təşəbbüsü ilə bir sıra müsabiqələr təşkil edilir. 2009-cu ildən başlayaraq hər il “Sağlam və təhlükəsiz əmək şəraiti yaratmaqda ilin ən yaxşı müəssisəsi və təşkilatı” adı uğrunda müsabiqə keçirilir.
Keçən il keçirilən “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi ilə əlaqədar respublika müsabiqəsinin 2015-ci ilin yekunlarının nəticəsinə görə AHİK-in müsabiqə komissiyası 155-dən çox müəssisənin namizədliyini İcraiyyə Komitəsinin müzakirəsinə çıxarıb və sahə həmkarlar ittifaqını təmsil edən 42 müəssisə, təşkilat, sex, sahə daim yüksək göstəricilərə nail olduğuna görə qalib elan edilib.
Çıxışının sonunda S.Mehbalıyev “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsi qaliblərini qazandıqları bu yüksək nailiyyətə görə təbrik edib, onlara gələcək əmək fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Beynəlxalq Əmək Təşkilatının Azərbaycandakı milli əlaqələndiricisi Yaşar Həmzəyev və digərləri çıxış ediblər.
Sonda “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

