Azərbaycan Ordusunun hərbçisi: Torpaqlarımızı işğaldan tam azad etmək üçün əmr gözləyirik
05.05.2016 [09:58]
Aprelin əvvəllərində cəbhə xəttində erməni silahlı birləşmələrinin təxribat əməllərinə Azərbaycan Ordusunun layiqincə cavab verməsi, düşmənin canlı qüvvəsi və hərbi texnikasının darmadağın edilməsi, strateji əhəmiyyətə malik bir neçə yüksəkliyin işğaldan azad edilməsi xalqımızda böyük ruh yüksəkliyi yaradıb. Həmin döyüşlərdə göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin bir qrupu aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri ada layiq görülüb, orden və medallarla təltif olunub.
AZƏRTAC-ın müxbiri cəbhənin Füzuli istiqamətində gedən döyüşlərdə fəqrlənərək yüksək fəxri ada layiq görülən hərbçilərlə görüşüb söhbət edib, döyüş təəssüratlarını öyrənib.
“Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif edilən çavuş Oqtay İsmayılov deyib: “Aprelin 2-də düşmənin qəfil hücumunun qarşısını aldıq və əks hücuma keçdik. Düşmənin xeyli canlı qüvvəsini və döyüş texnikasını məhv edib, Lələtəpə yüksəkliyini ələ keçirdik. Döyüş ruhumuz yüksəkdir. Hər an düşmənin üzərinə gedib onu məhv etməyə, yağı tapdağında olan torpaqlarımızı azad etməyə hazırıq”.
Lələtəpə yüksəkliyinin azad edilməsində istehkamçıların da böyük rolu olub. “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif edilən zabit Orxan Mahmudov bildirib: “İstehkamçı olaraq qarşımızda qoyulan tapşırığı düzgün və vaxtında yerinə yetirdik, düşmənin mina sahəsində keçidlər açdıq. Texnikalarımız həmin keçidlərdən düşmən üzərinə itkisiz gedə bildi. Nəticədə erməni hərbçiləri xeyli itki verdilər. Ali Baş Komandan tərəfindən medalla təltif olunmağım məni daha da ruhlandırır. Düşməni məhv etmək üçün Ali Baş Komandanın əmrini gözləyirik”.
Zabit Zülfü Rzayev isə “İgidliyə görə” medalı ilə təltif olunub. Z.Rzayev aprel döyüşlərini belə xatırlayır: “Düşmənin mövqeyi daha yaxşı idi. Həm bizim mövqeləri, həm də yaşayış məntəqələrini atəşə tuturdu. Aprelin 1-dən 2-nə keçən gecə hücuma keçən düşməni geri oturtduq və əks hücumla onları qaçmağa vadar etdik. Düşmənin mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xəttini yarıb, Lələtəpə yüksəkliyini işğaldan azad etdik. Torpaqlarımızı işğaldan tam azad etmək üçün əmr gözləyirik. Döyüşlərdəki xidmətimizi qiymətləndirdiyinə görə Ali Baş Komandana minnətdarlığımı bildirirəm”.
Növbəti müsahibimiz Bəşir Yolçuyev tankçıdır. Aprelin əvvəllərində Füzuli cəbhəsində gedən döyüşlərdə fəal iştirakına görə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif edilib. “Qarşıya qoyulmuş tapşırığı vaxtında yerinə yetirərək, düşmənin ön mövqelərini, səngərlərini ələ keçirdik. Qəfil hücumumuzdan qorxuya düşən düşmən texnikasını, silah-sursatını və məhv olmuş hərbçilərini qoyub qaçdı. Qoy bilsinlər ki, biz bununla kifayətlənməyəcəyik. Son qarış torpağımızı azad edənədək döyüşəcəyik”, - deyə B.Yolçuyev bildirib.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

