/ / “İxtiraçılıq sahəsində nailiyyətlərə görə, III Respublika Müsabiqəsi”nin qalibləri mükafatlandırılıb
“İxtiraçılıq sahəsində nailiyyətlərə görə, III Respublika Müsabiqəsi”nin qalibləri mükafatlandırılıb
06.05.2016 [10:09]
Mayın 5-də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “İxtiraçılıq sahəsində nailiyyətlərə görə, III Respublika Müsabiqəsi”nin qalibləri mükafatlandırılıb. Tədbir Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunub.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov ixtiraçılıq sahəsində Respublika Müsabiqəsinin keçirilməsi təşəbbüsünün heç də təsadüfdən yaranmadığını, ölkəmizdə müasir dövrün tələblərinə uyğun olaraq intellektual və elmi potensial yaratmaq və bu istiqamətdə davamlı inkişafı təmin etməyin dövlət siyasətinin başlıca vəzifələrindən biri olduğunu qeyd edib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev tərəfindən ölkə iqtisadiyyatının bütün sahələrində aparılan islahatların əsasında müasirləşmə və elmi inkişaf dayanır.
Sədr deyib ki, ölkə başçısı tərəfindən həyata keçirilən qeyri-neft sektorunun inkişafına yönələn məqsədyönlü iqtisadi-siyasi kurs müasir təcrübələrə və insan kapitalına əsaslanan innovativ iqtisadiyyatın inkişafına xidmət edir.
Yerli sənayenin və ticarətin daha sürətlə inkişaf etdirilməsi məqsədilə əqli mülkiyyətin iqtisadiyyatdakı rolunun günbəgün artdığı xüsusi vurğulanıb.
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə ixtiraların, yeni texnologiyaların yaradılması və tətbiqinə alimlərin, ixtiraçıların, mühəndis-texniki işçilərin və təsərrüfat subyektlərinin cəlb edilməsinə yardım göstərilməsi, ixtiraçılıq sahəsində təbliğatın genişləndirilməsi baxımından perspektivli patentlərin müəyyən edilməsi məqsədilə keçirilən müsabiqənin əhəmiyyətini yüksək qiymətləndiriblər.
Müsabiqədə iştirak etmək üçün patent sahibləri tərəfindən 2014-2015-ci illərdə dövlət qeydiyyatına alınan 48 ixtira patenti təqdim edilib.
Qalibləri Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Mühəndislik Akademiyası, AMEA-nın Aşqarlar Kimyası İnstitutu, Müdafiə Sənayesi Nazirliyi, Azərbaycan Neft və Sənaye Universiteti və respublikanın digər aparıcı elmi təşkilatlardan ibarət Müsabiqə Komissiyası müəyyən edib.
Müsabiqənin nəticələrinə əsasən, “Uçuşmüddətli kütlə spektrometri”, “Günəş suqızdırıcı qurğusu” ixtiraları həvəsləndirici mükafata, “Deemulqator-korroziya inhibtoru”, “4-Fenil-oftalodinitrilin alınma üsulu”, “Həmcins olmayan kollektorlara malik layın neft veriminin artırılması üsulu” ixtiraları III yerə, “Gəmi dizelləri üçün mühərrik yağı”, “Elektriklə qızdırılan istilik mübadiləedicisi” ixtiraları II yerə, Bakı Dövlət Universitetinin “Məsaməli maqnit sorbenti” ixtirası və Müdafiə Sənayesi Nazirliyinin “Şərq İstehsalat Birliyinin “İqlim” Elmi-İstehsalat Müəssisəsinin “Tırtıl zənciri qovşağının qazlaşdırılan modellər üzrə tökülməsi üsulu” ixtirası I yerə layiq görülüb.
Qaliblər diplom və pul mükafatı ilə təltif ediliblər.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

