Ümumyunan Əmək Konfederasiyasının nümayəndə heyəti Bakıda səfərdədir
19.05.2016 [10:06]
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) dəvəti ilə Ümumyunan Əmək Konfederasiyasının nümayəndə heyəti ölkəmizə gəlib.
Konfederasiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində qonaqlar Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edəcək, AHİK rəhbərliyi ilə görüşəcək, Azərbaycan Həmkarlar İttifaqlarının işi ilə tanış olacaq, eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında görüşlər keçirəcək, həmçinin “Qobustan” etnoqrafik muzeyində, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda, Xalça və Tarix muzeylərində olacaqlar.
Ümumyunan Əmək Konfederasiyası Yunanıstanda ən ali həmkarlar ittifaqları orqanıdır. Bu təşkilat 1918-ci ildə təsis edilib, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Avropa Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür. Ümumyunan Əmək Konfederasiyasının üzvlərinin sayı 450 mindir. Konfederasiya Yunanıstanın dövlət sahələrində, eləcə də özəl sektorda fəaliyyət göstərən bütün işçilərini müdafiə edir. Belə ki, Konfederasiya işəgötürən və hökumət ilə baş sazişin imzalanması üçün danışıqlar aparır. Eləcə də ehtiyac yarandığı halda özəl sektorun bütün işçilərini tətil etməyə çağırmaq imkanına malikdir.
Bundan başqa, Ümumyunan Əmək Konfederasiyası problemlərin həlli yolunda ona dəstək ola biləcək bir sıra institutlar da yaradıb. Bu institutlardan biri dövlət sektorunda işəgötürənlərlə məşğul olur, digəri mübahisəli məsələlərdə elmi məlumatların istifadəsi və hesabatların aparılmasında yardımçı olur, başqa biri bütün Yunanıstan ərazisində işçilər və işsiz insanları pulsuz məlumat və hüquqi məsləhətlərlə təmin edir və s.
Bu gün Ümumyunan Əmək Konfederasiyasının üzləşdiyi ən vacib məsələlərə işsizlik, davamlı sosial sığorta və davamlı sosial iqtisadi artım daxildir. 2010-cu ildə Yunanıstanda dövlət böhranı baş verəndə Ümumyunan Əmək Konfederasiyası 2010-cu il Avropa Birliyi-Beynəlxalq Valyuta Fondu-Avropa Mərkəzi Bankı (TROYKA) memorandumunu əsas tutaraq özəl sektorda əmək hüquqlarının qorunması və müdafiəsi yönündə əvəzedilməz rol oynayıb.
Son dövrlərdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Ümumyunan Əmək Konfederasiyası arasında münasibətlər daha da inkişaf edib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti 2010-cu ildə Ümumyunan Əmək Konfederasiyasının qurultayında iştirak edib. 2014-cü ilin noyabr ayında isə AHİK sədri, Milli Məclisin deputatı Səttar Mehbaliyevin başçılıq etdiyi nümayəndə heyəti Yunanıstanda işgüzar səfərdə olub. Ümumyunan Əmək Konfederasiyasının nümayəndə heyəti isə AHİK-in 2008-ci ildə keçirilmiş qurultayında iştirak edib.
Yunanıstan nümayəndə heyətinin ölkəmizə səfəri mayın 22-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

