/ / “Məişət zorakılığı insan alverinə şərait yaradan sosial problemlərdən biri kimi” mövzusunda konfrans keçirilib
“Məişət zorakılığı insan alverinə şərait yaradan sosial problemlərdən biri kimi” mövzusunda konfrans keçirilib
19.05.2016 [10:16]
Mayın 18-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Daxılı İşlər Nazirliyi ilə birgə “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın bəndlərinin icrası məqsədi ilə “Məişət zorakılığı insan alverinə şərait yaradan sosial problemlərdən biri kimi” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransı giriş sözü ilə daxili işlər nazirinin müavini Oruc Zalov açıb. Nazir müavini bildirib ki, son 5 ildə Azərbaycanda məişət zorakılığı zəminində törədilmiş cinayətlərin dinamikasında ciddi şəkildə azalma müşahidə olunub. O.Zalov diqqətə çatdırıb ki, əgər 2011-ci ildə məişət zorakılığı zəminində ölkədə törədilmiş cinayətlərin sayı 2839 idisə, 2015-ci ildə bu rəqəm azalaraq 1283-ə enib. Nazir müavini qeyd edib ki, Azərbaycanda hər 100 min nəfərə düşən cinayətlərin sayı 255-dir. Bu isə istər Avropa, istər postsovet məkanındakı ölkələrlə müqayisədə olduqca yaxşı göstəricidir. O.Zalov bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 iyun tarixli, 1578 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına müvafiq olaraq, gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə qeyd edib ki, Azərbaycan ailələri möhkəmliyi və adət-ənənələrə sadiqliyi ilə hər zaman seçilib. Lakin müasir Azərbaycan ailəsi öz quruluşunda əvvəlki ənənəvi ailələrdən əhəmiyyətli dərəcədə fərqlənir. Son illər ailələr bir sıra problemlərlə qarşılaşırlar. Cəmiyyətdə məişət zorakılığı, selektiv abortlar, erkən nikah və təhsildən yayınma halları, intiharlar, xüsusilə uşaq intiharlarının sayının artması müşahidə olunur. Tək valideynli, tək uşaqlı ailələrin sayı artıb. Komitə sədri onu da qeyd edib ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində “Azərbaycan ailəsi Strategiyası” hazırlanır. Sənəddə ailə institutunun möhkəmləndirilməsi istiqamətində sosial, səhiyyə, psixoloji, hüquqi məsələləri özündə əks etdirən təkliflər hazırlanıb.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı isə Azərbaycan ailəsinin dövlətin qayğısı ilə tam əhatə olunduğunu qeyd edib. Bildirib ki, şəxsiyyətin formalaşmasında sosial mühit böyük rol oynayır. A.Naxçıvanlı diqqətə çatdırıb ki, qadınlara qarşı törədilən cinayətlərin statistikasının aparılması təkminləşdirilməlidir. O bildirib ki, ayrı-ayrı rayonlardan daxil olan statistikalar reallığı əks etdirmir. Qeyd edib ki, hər il Milli Məclisdə insan alveri ilə bağlı hesabat dinlənilir. Lakin başqa-başqa qurumların hesabatlarına baxanda məlum olur ki, rəqəmlər bir-birinə uyğun gəlmir. Ona görə də baza təkminləşdirilməlidir ki, statistika dəqiq olsun.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova bildirib ki, 2010-cu ildən etibarən zorakılığa məruz qalan qadınlar haqqında az sayda mühafizə orderi tətbiq edilib. Qeyd edib ki, BMT-nin statistikasına əsasən, Azərbaycanda qadınların 8 faizi zorakılığa məruz qalır. Ölkədə qadınlara qarşı cinayətlərin təqribən yarısını məişət zorakılığı zəminində baş verən hadisələr təşkil edir. Diqqətə çatdırıb ki, 2006-2015-ci illərdə Komitəyə qadınlara qarşı məişət zorakılıq halları ilə bağlı 1593 şikayət daxil olub. Şikayətlər əsasən, təhlükəsizliyin təmin olunması, zorakılığın təkrarlanması, zorakılıq faktı üzrə aparılan işin gedişindən narazılıqla bağlıdır.
Konfransda məişət zorakılığı ilə bağlı ölkəmizdəki vəziyyət, məişət zorakılığına dair qanunvericilik bazasının tətbiqi ilə bağlı boşluqlar, qurumlararası əlaqələndirmənin həyata keçirilməsi kimi məsələlər müzakirə edilib.
Tədbirdə məişət zorakılığının qarşısının alınması sahəsində qurumlararası əlaqələndirmənin gücləndirilməsi məqsədi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili işlər Nazirliyi, Baş Prokurorluq, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi və Səhiyyə Nazirliyinin birgə Tədbirlər Planının (2016-2018-ci illər üzrə) layihəsi müzakirə olunub.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

