Qafqaz Müsəlmanları İdarəsində Ramazan ayı ilə bağlı tədbir keçirilib
27.05.2016 [10:07]
Qafqaz Müsəlmanları İdarəsində Qazılar Şurasının iclası olub. İclasda Ramazan ayının başlanması ilə əlaqədar fətva verilib.
AZƏRTAC xəbər verir ki, tədbirin əvvəlində müqəddəs Qurani-Kərimdən ayələr oxunub.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə bütün dünya müsəlmanlarını, o cümlədən ölkəmizdəki müsəlman bacı-qardaşları müqəddəs Ramazan ayının başlanması münasibətilə təbrik edib.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurası Ramazan ayının başlanması münasibətilə aşağıdakıları bəyan edir: “Hesablamalara görə, bu il Ramazan ayının birinci günü Miladi tarixlə iyunun 7-nə düşür, müsəlman ölkələrində Ramazan bayramı iyulun 6-da qeyd ediləcək”.
QMİ oruc tutan müsəlmanlara kömək etmək üçün Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə xüsusi cədvəl və yaddaş kitabçası hazırlayıb. Cədvəldə göstərilən qaydalara riayət olunmasının təmin edilməsi qazılara, yerlərdəki səlahiyyətli nümayəndələrə, axund və imamlara tapşırılıb.
QMİ-nin tərtib etdiyi cədvələ görə, Qədr gecəsi iyunun 24-dən 25-nə, 26-dan 27-nə, 28-dən 29-na və iyulun 2-dən 3-nə keçən gecələrdən birinə düşəcək.
Bildirilib ki, dini bayramlarla əlaqədar fətvalar Şamaxı Astrofizika Rəsədxanasının təqdim etdiyi hesablamalar və informasiya əsasında verilir. Bundan əlavə, Qazılar Şurası bu günlərdə müqəddəsləri yad etməklə yanaşı, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarını, habelə Qarabağ müharibəsi şəhidlərini anmağı və onlar üçün dualar oxumağı tövsiyə edir.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

