Şəkiyə gələn turistlər at üstə gəzintidən böyük zövq alacaqlar
18.06.2016 [11:07]
Şəki şəhər Mədəniyyət və Turizm Şöbəsi və rayonun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzi yay aylarında Şəkiyə gələn yerli və xarici turistlərin asudə vaxtlarını mənalı və səmərəli təşkil etmək məqsədilə yeni layihəyə - at üzərində gəzintilərin təşkilinə start verib.
AZƏRTAC xəbər verir ki, iyunun 17-də “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunda, qədim Qala divarlarının ərazisində layihənin təqdimatı olub. Yerli sakinlərin və qonaqların iştirak etdiyi tədbirdə bildirilib ki, atla gəzinti fəal istirahət növüdür. Bu istirahət insanları ruhlandırır, stressdən, yorğunluqdan azad edir, onların əhval-ruhiyyəsini yüksəldir.
Layihə barədə məlumat verən şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Mirvari Zeynalova AZƏRTAC-a müsahibəsində bildirib ki, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisi Şəkiyə gələn turistlərin ən çox üz tutduqları məkanlardan biridir. Şöbə tərəfindən tərtib edilən tədbirlər planına uyğun olaraq, hər gün burada müxtəlif mədəni tədbirlər təşkil edilir. Turistlər üçün at gəzintisi yeni təşəbbüsdür. Əsas məqsəd turistləri atçılıq turizmi barədə məlumatlandırmaq, onlara at üstə gəzməyi öyrətməkdir.
Respublika Atçılıq Turizm Mərkəzinin direktoru Elman Qədirov isə deyib ki, turistlərə at üstə gəzməyi mərkəzin təcrübəli məsləhətçiləri öyrədəcək və gəzinti boyu onları sığortalayacaqlar. Turistlər atla qoruğun bütün ərazisini gəzə biləcək, buradakı nadir tarixi memarlıq abidələri ilə, o cümlədən Şəki xanlarının sarayı ilə tanış olmaq imkanı əldə edəcəklər. Bu məqsədlə mərkəz tərəfindən hələlik iki at ayrılıb. Gələcəkdə tələbat çoxalarsa, atların sayı da artırılacaq.
Təqdimat mərasimindən sonra yerli sakinlər və qonaqlar at üstə gəzməyin ilkin vərdişlərinə yiyələniblər. Layihə yay turizm mövsümünün sonunadək davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07

