Astarada tibb işçilərinin peşə bayramı qeyd olunub
18.06.2016 [11:12]
İyunun 17-də Astara mərkəzi rayon xəstəxanasında tibb işçilərinin peşə bayramı qeyd olunub.
Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən mərkəzi rayon xəstəxanasının baş həkimi Əlövsət Əliyev Ümummilli lider Heydər Əliyevin Azərbaycanda səhiyyənin inkişafı ilə bağlı xidmətlərindən söhbət açaraq, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Mindən çox tibb işçisinin rayon sakinlərinin sağlamlığının keşiyində dayandığını vurğulayan Ə.Əliyev səhiyyə müəssisələrində əhaliyə yüksək səviyyədə tibbi xidmət göstərmək üçün hər cür şəraitin olduğunu bildirib.
Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev peşə bayramı münasibətilə rayonun səhiyyə işçilərini təbrik edərək, onlara ən xoş arzularını çatdırıb.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq ölkəmizin bütün bölgələrində müalicə diaqnostika mərkəzlərinin inşa olunduğunu, xəstəxanaların əsaslı təmir edildiyini deyən Q.Ağayev artıq xəstələrin xarici ölkələrə deyil, rayonlarda fəaliyyət göstərən xəstəxanalarda müalicə olunmağa üstünlük verdiyini bildirib.
Əhali arasında tibbi maarifləndirmənin böyük əhəmiyyət kəsb etdiyini söyləyən Q.Ağayev Prezident İlham Əliyevin tapşırığına əsasən hər il ölkə əhalisinin tibbi müayinələrə cəlb olunmasını dövlətimizin başçısının insanların sağlamlığının qorunmasına göstərdiyi diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndirib.
Bayram tədbirində çıxış edənlər respublikada, o cümlədən rayonda səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Mərasimdə bir qrup tibb işçisinə rayon İcra Hakimiyyətinin fəxri fərmanları verilib.
Xəbər lenti
Hamısına baxHərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50

