Türkiyə səfirliyində jurnalistlər üçün iftar süfrəsi təşkil olunub
22.06.2016 [10:09]
İyunun 20-də Türkiyənin Azərbaycandakı səfirliyində mətbuat nümayəndələri üçün iftar süfrəsi təşkil olunub. İftar süfrəsində Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun, səfirliyin müşaviri, xanım Meral Barlas, səfirliyin mətbuat üzrə müşaviri Hamid Karadeniz, həmçinin ölkəmizin aparıcı KİV-lərinin təmsilçiləri iştirak ediblər.
Səfir İsmail Alper Coşkun öncə Ramazanın qardaşlıq, dostluq, mərhəmət, bir-birinə kömək ayı olduğunu qeyd edib. Jurnalistlərlə söhbətində Türkiyə ilə Azərbaycanın iki qardaş dövlət kimi həmişə bir-birinə dayaq olduğunu deyən səfir ölkələrimiz arasında qədim tarixi köklərə söykənən dostluq və qardaşlıq əlaqələrinin hazırkı yüksək səviyyəsindən danışıb. Azərbaycanın və Türkiyənin birlikdə regionda enerji, nəqliyyat və digər sahələrdə mühüm layihələr həyata keçirdiyini vurğulayan diplomat hər iki dövlətin əldə etdikləri nailiyyətləri diqqətə çatdırıb.
İsmail Alper Coşkun, eyni zamanda, iki qardaş ölkənin iş adamlarının üçüncü ölkələrə birgə sərmayə qoymaları, müdafiə sənayesi və kosmik sənayenin inkişafı istiqamətində birgə əməkdaşlığın intensivləşdirilməsi ilə bağlı fikirlərini də bölüşüb.
Azərbaycanın “Formula-1” Avropa Qran-prisinə yüksək səviyyədə ev sahibliyi etdiyini deyən səfir bunun ölkəmizin qazandığı uğurların, habelə sürətli inkişafının təbliği baxımından mühüm imkan olduğunu bildirib.
Sonra səfir İsmail Alper Coşkun iftar mərasimində iştirak edən azərbaycanlı jurnalistlərin Türkiyənin daxili və xarici siyasətindəki prioritet istiqamətlər, bölgədə və dünyada, o cümlədən Suriya ətrafında baş verən proseslər və ölkələrimiz arasındakı münasibətlərlə bağlı suallarını cavablandırıb.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

