“Sərhədçi” yay düşərgəsinə yekun vurulub
21.07.2016 [09:40]
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, sərhədçi peşəsinə marağın artırılması məqsədilə müxtəlif tədbirlər görülür. Bu baxımdan sərhədlərimizin mühafizəsinin əhəmiyyətinin daha dərindən dərk edilməsi, məktəblilərin sərhədlərimizə və sərhədçi peşəsinə hörmət ruhunda tərbiyə olunması istiqamətində yeni layihələr həyata keçirilib.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Bakının Nəsimi rayonunun orta məktəblərinin VII-X sinif şagirdləri üçün Şəki Sərhəd Dəstəsinin “Laza” sərhəd zastavasının bazasında “Sərhədçi” yay düşərgəsi təşkil olunub. Düşərgədə avtomat silahının sökülməsi və yığılması, xidməti itlərin iştirakı ilə itaət komandalarının yerinə yetirilməsi, narkotik maddə və partlayıcı vasitənin xidməti itlər tərəfindən axtarılıb tapılması, sıra hazırlığı, meşəlik ərazidə silahlı sərhəd pozucularının saxlanılması və sərhəd zastavasına müşayiət edilməsi mövzusunda məşğələlər keçirilib.
Plana əsasən, məktəblilər arasında pnevmatik silahdan atıcılıq, mini futbol, şahmat, dama və stolüstü tennis yarışları keçirilib, axşam saatlarında şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə musiqili-əyləncəli proqram, düşərgənin yaxınlığındakı şəlaləyə, Qəbələ rayonunun tarixi, gəzməli və görməli yerlərinə ekskursiyalar təşkil olunub, Azərbaycan kinofilmləri nümayiş edilib.
“Sərhədçi” yay düşərgəsinin yekunu ilə əlaqədar keçirilən tədbirdə DSX rəisinin müavini, general-leytenant Azad Ələkbərov və Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov yarışlarda qalib gələn məktəblilərə qiymətli hədiyyələr təqdim ediblər.
Çıxışlarda belə tədbirlərin gənclərin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığı vurğulanıb.
Yekunda “Sərhədçi” vokal-instrumental ansamblı konsert proqramı ilə çıxış edib.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

