Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Nəsimi rayonunun şagirdlərinin Qubadakı yay düşərgəsində istirahəti başa çatıb

Nəsimi rayonunun şagirdlərinin Qubadakı yay düşərgəsində istirahəti başa çatıb

28.07.2016 [10:05]

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Quba rayonunda 150 nəfər üçün təşkil edilmiş “Gənc İlhamçılar” vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsi başa çatıb.
Düşərgədə rayonun aztəminatlı ailələrinin, Qababağ müharibəsi əlilləri və veteranlarının övladları, təhsildə və idmanda fərqlənən şagirdlər iştirak ediblər.
Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən xoş istirahət üçün hər cür şərait yaradılan düşərgədə şagirdləri gələcəkdə hərbi xidmətə layiqincə hazırlamaq məqsədi ilə silsilə tədbirlər keçirilib.
Düşərgədə məşğələlərin hərbi nizamnaməyə uyğun tərzdə keçirilməsi uşaqların istirahətini daha da maraqlı və yaddaqalan edib. Uşaqların Quba rayon Heydər Əliyev Mərkəzinə, Quba rayon Gənclər Mərkəzinə, rayonun tarixi guşələrinə, o cümlədən Qubadakı Soyqırım muzey-kompleksinə gəzintiləri təşkil olunub.
Düşərgənin bir günü Müdafiə Nazirliyinin Qusar rayonundakı “N” saylı hərbi hissəsində təşkil olunub, burada məktəblilər hərbi hissənin şəxsi heyətinin xidməti, yaşayış şəraiti, silah və texnikası ilə yaxından tanış olublar.
Düşərgədə məktəblilərə Vətənimizin, xalqımızın tarixindən bəhs edən dərslər, müxtəlif mövzularda məşğələlər keçirilib.
Düşərgənin bağlanışı ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov yeniyetmələr qarşısında çıxış edərək keçirilən düşərgə layihəsinin əhəmiyyətini vurğulayıb, ölkə başçısı İlham Əliyevin yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın uşaq və yeniyetmələrə olan diqqət və qayğısından, bu istiqamətdə həyata keçirdiyi layihələrdən söz açıb, rayonda yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində görülən işlər, aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri, həyata keçirilən sosial layihələr barədə ətraflı məlumat verib.

Paylaş:
Baxılıb: 623 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30