“Taleh tərəfdarlarını bu yolda ölməyə, canlarından, qanlarından keçməyə səsləyirdi”
08.11.2016 [09:57]
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
İclasda şahid Rasim Aslanov ifadə verib. Bildirib ki, ötən il noyabrın 5-də evinə gedən zaman bir qrup şəxsin Sabunçu rayon Polis İdarəsinin qarşısına toplaşdığını görüb, oraya yaxınlaşıb. Bu zaman polislər onu tutublar: “Məni bir gün saxladılar. Bildilər ki, kiminləsə əlaqəm yoxdur buraxdılar”.
R.Aslanov ibtidai istintaq zamanı ifadəsində bildirib ki, 5 noyabr 2015-ci il tarixdə saat 20 radələrində “Əbülfəz Ağa” məscidində namaz qılandan sonra orada Elçin Qasımovun polisə aparıldığını eşidib, məscidin qarşısında toplaşmış tanımadığı dindarların gedib Sabunçu polisindən nə səbəbə Elçinin tutulmasını soruşmaları təklifinə əsasən nömrəsi və sürücüsü yadında qalmadığı şəxsin avtomaşınına digər namaz qılan dindarlarla minərək Sabunçu RPİ-nin qarşısına gəlib. Orada təxminən yüzə yaxın qəsəbə sakini yığılıb və o, polis idarəsinin qarşısında digər dindarlarla durub. Polis əməkdaşları onlara 2-3 ağsaqqal nümayəndənin içəri keçib söhbət etməsini təklif edib. Adlarını bilmədiyi yaşlı Maştağa qəsəbə sakinləri polis idarəsinə keçib, 10 dəqiqə sonra çıxıb “Elçini sabah buraxacaqlar, anlaşılmazlıq olub, qayıdıb evlərə dağılışaq” deyiblər. Bu zaman arxada duranlardan kimlərsə polisə daş atmağa başlayıb və qışqırıb “getməyək, duraq, Elçini istəyirik” deyib. Beləliklə, ara qarışıb, bu sözləri kimlərin dediyini bilməyib.
Sonra prosesdə Sabunçu rayon Polis İdarəsinin əməkdaşı Afiq Şükürov ifadə verib.
O bildirib ki, ötən il noyabrın 5-də baş vermiş hadisələr zamanı başına daş dəyib: “Bu zaman huşumu itirdim. Ayılanda hospitalda idim. On gün orada müalicə olundum”.
Daha sonra iclasda şahid Mötəbər Babayev ifadə verib. O bildirib ki, ötən il noyabrın 25-də Nardarana gedib, növbəti gün səhər isə oradan Biləcəridə qaldığı evə qayıdıb: “Həmin gün eşitdim belə hadisə olub. Mən də Nardarana getdim. Postlar qurulduğu üçün Nardarandan çıxa bilmədim. Dörd gündən sonra oradan çıxıb Sabirabada evimizə getdim. Orada məni tutub Polis Şöbəsinə apardılar”.
O, istintaq zamanı ifadəsində isə göstərib ki, 25 noyabr 2015-ci il tarixdə axşam saatlarında Hacı Əbülfəzin evinə gedib və orada ona məlum olub ki, Taleh Bağırov və tərəfdarları Azərbaycanda İslam dövləti yaratmaq niyyətindədirlər. T.Bağırov polislər həyətə daxil olarsa, onlara atəş açmaq lazım olduğunu deyib. Həmin gün Taleh Bağırovun göstərişi ilə Əkbər və Abbas adlı şəxslər bir neçə nəfərlə kisələrdə silah və sursat gətiriblər. Ona patronları ilə birlikdə avtomat silah verilib. Növbəti gün Biləcəridə qaldığı evə qayıdıb. Evdə olduğu zaman Nardaranda silahlı toqquşma olduğunu eşidib yenidən Nardarana qayıdıb. Orada postlar qurulduğundan qəsəbəni tərk edə bilməyib. O, evinə qayıdıb silahı təhvil vermək istəsə də, qorxusundan bunu etməyib. Dörd gündən sonra Nardarandan çıxıb evdən silahı götürüb və Sabirabad rayonunun Xankeçən kəndinə gedib. Orada isə küçədə T.Bağırovu söydüyü üçün polis əməkdaşları tərəfindən saxlanılıb. O, polis əməkdaşı ilə mübahisə etdiyinə görə Sabirabad rayon Məhkəməsinin qərarı ilə 10 gün müddətinə həbs edilib. Polis şöbəsində olduğu zaman cinayətlər barədə ondan soruşulduqda, Nardaran qəsəbəsində ona verilmiş avtomat silah barədə bildirib.
Sonra iclasda şahid qismində Tural Allahverdiyev ifadə verib.
Vəkillər onun istintaqa verdiyi ifadənin də elan edilməsini istəyiblər. Hakim onun ifadəsini elan edib. İfadədə o, bildirib ki, Abbas Hüseynovu tanıyır: “Abbas mənə zəng edərək dedi ki, Taleh Bağırov həbsdən çıxacaq. Onu bayraqlarla qarşılamaq lazımdır. O bizim liderimiz və gələcək prezidentimizdir. Mən də ona belə söhbət etməməsini dedim. Lakin Abbas dedi ki, kim eşidir eşitsin. Taleh Bağırov bizim gələcək prezidentimizdir. Mən Taleh Bağırovu qarşılamağa getmədim. Gördüm ki, Taleh Bağırov və tərəfdarları silahlanmaqdan, İslam dövləti yaratmaqdan danışırlar, onlardan uzaqlaşdım”.
Daha sonra iclasda zərərçəkmiş qismində 15-ci Polis Bölməsinin əməkdaşı Mehman Mədətov ifadə verib. O bildirib ki, ötən il noyabrın 5-də Sabunçu rayon Polis İdarəsinin qarşısında baş verən hadisələr zamanı dizindən xəsarət alıb, ona daş dəyib.
Zərərçəkən ibtidai istintaq zamanı ifadəsində 5 noyabr 2015-ci il tarixdə Sabunçu rayon Polis İdarəsinin qarşısında iğtişaş törədən kütlənin içindən atılan daşlardan bir neçəsinin ayaq nahiyəsinə dəyərək zədələdiyini, kütləni qızışdıran “Ağaəli” adlı şəxsi tanıdığını göstərib.
Daha sonra iclasda şahid- Sabunçu RPİ-nin PPX-nin polis nəfəri Bəhruz Haqverdiyev ifadə verib.
Bəhruz Haqverdiyev istintaq zamanı ifadəsində isə bildirib ki, 5 noyabr 2015-ci il tarixdə saat 22 radələrində təxminən 100-150 nəfər kişi cinsli, əsasən Nardaran-Maştağa kənd sakinlərinin Sabunçu RPİ-nin inzibati binasının qarşısına toplaşaraq idarəyə gətirilmiş Elçin Qasımovun buraxılmasını hədə-qorxu və aqressiv şüarlarla tələb ediblər. Onlar polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq, inzibati binaya hücum edib, əllərindəki daş, dəmir parçalarını polis əməkdaşlarına tərəf atıblar.
Şahid Nurməmmədov Əli Novruz oğlu isə prosesdə ifadə verərək bildirib ki, bir neçə gün əvvəl Sabunçu rayon Polis İdarəsinə aparılıb.
T.Bağırov isə onun istintaq zamanı verdiyi ifadəsinin elan edilməsini istəyib. Hakim onun ifadəsini elan edib.
O, ifadəsində deyib ki, Talehin dini mövzularla yanaşı, əsasən siyasət məsələləri ilə bağlı öz tərəfdarları qarşısında çıxışlar etdiyini, tərəfdarlarını, sadə vətəndaşları hicaba sahib çıxmağa, zülmə boyun əyməməyə, mövcud hakimiyyətə qarşı birləşməyə, birləşib sonadək hakimiyyətə qarşı mübarizə aparmağa, mövcud rejimi devirib Azərbaycanda dini qanunlarla idarə olunan dövlət qurmağa çağırdığını izləyib. Həmin çıxışlarında Taleh tərəfdarlarına tutduqları yolun haqq yolu olduğunu, insanları bu yolda şəhid olmağa, canlarından, qanlarından keçməyə səsləyib.
Təqsirləndirilən Cabbar Cabbarov isə hakimləri işə məsuliyyətsiz yanaşmaqda ittiham edib. Hakim isə ona iradını bildirərək zaldan çıxarılacağını deyib.
Proses noyabrın 11-dək təxirə salınıb.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35

