Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Tur-aksiyadan aldığım xoş təəssürat heç vaxt yaddaşımdan silinməyəcək

Tur-aksiyadan aldığım xoş təəssürat heç vaxt yaddaşımdan silinməyəcək

15.11.2016 [10:01]

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaya Saatlı rayonundan qoşulmuşam. Bu ekskursiya şəxsən mənim həyatımda çox böyük hadisədir və tur-aksiyadan aldığım xoş təəssürat heç vaxt yaddaşımdan silinməyəcək”.
Bu sözləri tur-aksiyanın iştirakçısı, Saatlı şəhər 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Anar Ağaliyev Şəkidə AZƏRTAC-a müsahibəsində deyib.
Prezident İlham Əliyevin tövsiyəsi ilə reallaşan bu layihənin şagirdlərin hərtərəfli inkişafına, dünyagörüşlərinin zənginləşməsinə çox yaxşı təsir göstərdiyini vurğulayan Saatlı məktəblisi deyib: “İndiyədək ölkəmiz, həmçinin səyahət etdiyimiz rayonlar barədə tarix və coğrafiya kitablarından müəyyən məlumatlar əldə etsək də, məhz bu tur-aksiya sayəsində Azərbaycanın şimal-qərb bölgəsinin qədim tarixi məkanları, təbiət gözəllikləri ilə yaxından tanış olmaq imkanı qazandıq. Ölkəmiz haqqında biliklərimiz daha zənginləşdi”.

Paylaş:
Baxılıb: 602 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Ankaradan BƏYANAT!!!

10 İyul 09:52  

Analitik

Sosial

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31