Daşkəsən rayonunda Ədliyyə işçilərinin peşə bayramı günü qeyd edilib
22.11.2016 [10:11]
Dünən Daşkəsən rayonunda Ədliyyə işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli liderimiz Heydər Əliyevin rayon mərkəzidə ucaldılmış abidəsi önünə tər çiçəklər düzərək, Ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər. Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunduğu fotolara baxıblar.
Heydər Əliyev Mərkəzdə baş tutan tədbirdə Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev çıxış edərək məhkəmə və ədliyyə işçilərini peşə bayramı günü münasibətilə təbrik edərək bildirib ki, Azərbaycanda ədliyyə sisteminin xalqımızın müstəqillik uğrunda mübarizəsini, onun şanlı keçmişini əks etdirən zəngin tarixi var. Azərbaycan yenidən dövlət müstəqilliyi əldə etdikdən və Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsində qurulması üçün əsaslı tədbirlər həyata keçirilib, Ədliyyə Nazirliyinin cəmiyyətdə rolu və əhəmiyyəti artıb, səlahiyyət dairəsi genişlənib. Ədliyyə işçilərində və hakimlərdə mənəvi stimul yaradılması məqsədilə 22 noyabr 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün əsas götürülərək Ulu öndər Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 22 noyabr tarixi ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən edilib. Həmçinin ədliyyə sisteminin inkişafında dövlətin diqqət və qayğısından danışan Əhəd Abıyev qeyd edib ki, Prezident İlham Əliyevin bu sahədə islahatların dərinləşdirilməsinə, ədliyyə işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına dair sərəncamları çoxsaylı ədliyyəçilər ordusu tərəfindən yüksək qiymətləndirilir. Bildirilib ki, bu gün Azərbaycanda müşahidə olunan inkişaf ədliyyə orqanlarının fəaliyyətində də öz əksini tapmışdır. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən dinamik inkişaf, genişmiqyaslı quruculuq işləri, xarici siyasətdə əldə olunan uğurlar Azərbaycanı regionda lider dövlətə çevirib.
Sonra Daşkəsən rayon Məhkəməsinin hakimi Tofiq Məmmədov çıxış edərək bildirib ki, məhkəmə hakimiyyətinin yüksək statusu nəzərə alınaraq məhkəmə infrastrukturunun müasirləşdirilməsi istiqamətdə son illər böyük işlər görülüb. Ədliyyə işçiləri də ölkəmizin müasir inkişafına uyğun öz vəzifələrini layiqincə yerinə yetirmək, dövlət başçısının ətrafında sıx birləşərək demokratik-hüquqi dövlət quruculuğu, Azərbaycan ədliyyəsinin davamlı inkişafı üçün bundan sonra da fədakarlıqla çalışmaq əzmindədirlər. Respublikada aparılan uğurlu məhkəmə-hüquq islahatları və ədliyyə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, ədalət mühakiməsinin səmərəliliyi, qanunun aliliyinin təmin edilməsi ilə bağlı mütərəqqi hüquqi qanunvericilik bazasının yaradılması barədə geniş məlumat verən T.Məmmədov göstərilən bütün diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlığını bildirib.
Tədbirdə iştirak edən rayon ictimaiyyəti nümayəndələri ədliyyə orqanları əməkdaşlarını peşə bayramı günü münasibətilə təbrik ediblər.
Xəbər lenti
Hamısına baxAnalitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58

