Azərbaycan dünyada tolerant və multikultural ölkə kimi tanınır
23.11.2016 [09:35]
Noyabrın 22-də Beynəlxalq Mətbuat Mərkəzində “Multikulturalizm və vandalizm: düşüncə müxtəlifliyinə Avropadan baxışlar” mövzusunda beynəlxalq forum öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbir Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin (GAAMC) təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə keçirilir.
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov forumun məqsəd və əhəmiyyətindən danışıb. Bildirilib ki, forumun təşkilinin məqsədi ölkəmizin dövlət siyasətinin ayrılmaz hissəsinə çevrilmiş multikulturalizmin Azərbaycan modelinin təbliği, Dağlıq Qarabağda ermənilər tərəfindən dağıdılmış və saxtalaşdırılmış tarixi-arxeoloji abidələr, Qarabağ tarixi haqqında həqiqətlərin Avropa ictimaiyyətinə çatdırılması, Avropa mediası ilə əməkdaşlığın qurulması və bu qitənin elmi gəncliyi vasitəsilə təbliğatın daha da genişləndirilməsidir.
Tədbirin mahiyyətindən danışan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev mövzu ilə bağlı ətraflı məlumat verib. Vurğulanıb ki, Azərbaycan dünyada enerji resursları ilə zəngin dövlət olmaqla yanaşı, həm də tolerant və multikultural ölkə kimi tanınır. Əsrlər boyu bir çox fərqli sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda yerləşməsi ölkədə multikulturalizmin yaranmasına səbəb olub. Azərbaycanda mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti, müxtəlif dinlərin, etnik qrupların nümayəndələrinin sülh, dostluq şəraitində yaşamaları ölkəmizi bənzərsiz məkana çevirib.
Diqqətə çatdırılıb ki, bu gün ölkəmizin ictimai-siyasi həyatında multikulturalizmə böyük önəm verilir. Ümummilli liderin müdrikliyi nəticəsində multikulturalizm Azərbaycanda dövlət siyasəti elan olunub və bu kurs hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə əsrlər boyu formalaşmış tolerantlığın, etnik-mədəni, dini müxtəlifliyin qorunmasını və inkişafını təmin etmək, Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modellərini tədqiq və təşviqi məqsədilə Prezident İlham Əliyev tərəfindən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb və 2016-cı il respublikamızda “Multikulturalizm ili” elan olunub. Multikulturalizmin Azərbaycan modelinin bütün dünyaya nümunə olduğunu deyən sektor müdiri vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq qurumların qəbul etdikləri qətnamələrə Ermənistan tərəfindən məhəl qoyulmur. O, Azərbaycanda səfərdə olan avropalı gənc alimlərə erməni vandalizm ilə bağlı ciddi araşdırmalar aparmağı tövsiyə edib.
Milli Məclisin deputatı Qənirə Paşayeva Azərbaycan dövlətinin və xalqının multikulturalizmə və tolerantlığa verdiyi dəyərdən danışıb. Bildirilib ki, xalqımız tarixən öz fəlsəfi görüşündə “dünya bizim evimizdir” prinsipini rəhbər tutub. Azərbaycanda əsrlər boyu etnik qrupların və müxtəlif dinlərin nümayəndələri sülh şəraitində yaşayıblar. Bu gün multikulturalizm Azərbaycanda dövlət səviyyəsində təbliğ olunur.
Q.Paşayeva işğal olunmuş Azərbaycan torpaqlarında ermənilər tərəfindən məhv edilən tarixi, maddi, mənəvi dəyərlərimiz, azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasəti və erməni vandalizmi barədə məlumat verib.
Digər çıxış edənlər ölkəmizdəki mövcud tolerantlıq ənənələrindən danışıblar. Diqqətə çatdırılıb ki, multikulturalizm Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir.
Forum noyabrın 23-24-də işini Gəncədə davam etdirəcək.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

