Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Birlik və inkişaf modeli olan azərbaycançılıq” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

“Birlik və inkişaf modeli olan azərbaycançılıq” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

29.11.2016 [09:22]

“Sosial-iqtisadi və ekoloji inkişaf” İctimai Birliyi “Birlik və inkişaf modeli olan azərbaycançılıq” layihəsi çərçivəsində növbəti tədbirini Bakının Yasamal rayonu Heydər Əliyev Mərkəzində keçirib. Dövlət Pedaqoji Kollecinin müəllim və tələbələrinin qatıldığı tədbiri giriş sözü ilə açan İctimai Birliyin sədri Rahilə Mehdiyeva sözügedən layihənin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə gerçəkləşdirildiyini bildirib.
Sonra layihə ilə bağlı geniş məruzə edən Rahilə Mehdiyeva deyib ki, əsas məqsəd azərbaycançılıq ideologiyasının əsasları və əhəmiyyətinin tədris müəssisələrində, ictimaiyyət arasında geniş təbliğ olunmasıdır: “Ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının əsasları və bu ideologiyanın ölkəmizin müstəqilliyinin qorunub saxlanılmasında oynadığı rolu təbliğ etmək mühüm əhəmiyyət daşıyır”.
Sonra çıxış edən Yasamal rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı Vaqif Məmmədov, İctimai Televiziya və Radio Yayım Şurasının sədri Cahangir Məmmədli və digər natiqlər azərbaycançılıq ideologiyasının əsaslarının daha dərindən öyrənilməsi və geniş təbliğinin dövlətimizin inkişafı və möhkəmlənməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini bildiriblər.
Tədbir müzakirələrlə davam edib.

Paylaş:
Baxılıb: 501 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31