Taleh Bağırov və tərəfdarları şahidləri təhqir edirlər
01.12.2016 [09:52]
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın xəbərinə görə, prosesdə təqsirləndirilən Cabbar Cabbarov və Abbas Hüseynov şüşə qəfəsə salınmalarına etiraz ediblər. Hakim isə məhkəmədə usta və mühəndis olmadığını deyib.
Daha sonra Fuad Qəhrəmanlı Göygöl rayonunda yaşayan Tacəddin adlı qohumunun 30 sutkalıq həbs edildiyini deyib. Hakim bildirib ki, belə bir fakt varsa, məhkəmənin sədrinə ərizə yazsınlar.
Prosesdə şahidlərin gəlmədiyi üçün fasilə elan edilib.
Fasilədən sonra prosesdə Sabunçu rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin əməliyyat müvəkkili Samir Haşımov ifadə verib. Ötən il noyabrın 5-də Sabunçu rayon Polis İdarəsinin qarşısında baş vermiş hadisələr barəsində danışan S. Haşımov istintaq zamanı verdiyi ifadəsini təsdiq edib.
O, istintaq zamanı ifadəsində 5 noyabr 2015-ci il tarixdə saat 22 radələrində təxminən 100-150 nəfər şəxsin Sabunçu RPİ-nin inzibati binasının qarşısına toplaşaraq idarəyə gətirilmiş Elçin Qasımovun buraxılmasını hədə-qorxu və aqressiv şüarlarla tələb etmələrini bildirib. Qeyd edib ki, onlar polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq inzibati binaya hücum etməyə çalışıblar və əllərindəki daş, dəmir parçalarını polis əməkdaşlarına tərəf atıblar. Nəticədə, bir neçə polis əməkdaşı xəsarət alıb. Köməyə gəlmiş çevik polis alayının əməkdaşlarının birgə əməliyyat tədbiri ilə iğtişaşın qarşısı alınıb, fəal şəxslər tutularaq polis idarəsinə təhvil verilib.
Daha sonra vəkillərin suallarını cavablandıran S.Haşımovla təqsirləndirilən Cabbar Cabbarov, Abbas Hüseynov və Taleh Bağırov arasında mübahisə düşüb.
Təqsirləndirilən şəxslər şahidi təhqir ediblər. Bundan sonra hakim təqsirləndirilən şəxslərdən Cabbar Cabbarov, Abbas Hüseynov və Taleh Bağırovun zaldan çıxarılmaları barədə göstəriş verib.
İclasda fasilə elan edilib və bütün təqsirləndirilən şəxslər zaldan çıxarılıblar.
Fasilədən sonra hakim adları qeyd olunan təqsirləndirilən şəxslərdən başqa digərlərinin zala gətirilmələrini tələb edib. Lakin təqsirləndirilən şəxslər iclasda iştirak etmək istəməyiblər. Onlar Taleh Bağırov, Cabbar Cabbarov və Abbas Hüseynovun da iclasda iştirak etmələrini istəyiblər. Hakim təqsirləndirilən şəxslər olmadan iclasın davam etdirilməsi haqqında qərar qəbul edib və vəkillərdən şahidə sual vermələrini istəyib.
Lakin vəkillər təqsirləndirilən şəxslərin iştirakı olmadan iclasın keçirilməsinə razı olmayıblar.
Buna görə iclas dekabrın 2-dək təxirə salınıb.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45

