Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Dilarə Cəbrayılova: Sosial xidmətlərə görə tarif siyasəti vətəndaşların maraqlarının müdafiəsi prinsipi üzərində qurulub

Dilarə Cəbrayılova: Sosial xidmətlərə görə tarif siyasəti vətəndaşların maraqlarının müdafiəsi prinsipi üzərində qurulub

01.12.2016 [09:55]

“Azərbaycanda iqtisadi inkişaf ölkə vətəndaşlarının mənafeyinə yönələn güclü sosial siyasətlə tamamlanır. Bu səbəbdəndir ki, ölkəmizdə sosial sahədə də uğurlar davamlı xarakter daşıyır”. Bu fikirləri Milli Məclisin deputatı Dilarə Cəbrayılova deyib.
D.Cəbrayılova bildirib ki, Azərbaycan dövləti hazırda da genişməzmunlu sosial siyasətinə sadiqlik nümayiş etdirir. Onun sözlərinə görə, Tarif Şurasının son qərarlarında da sosial ədalət amili gözlənilir.
“Bilirsiniz ki, ötən illər ərzində Azərbaycanda sosial xidmətlərə görə tariflərdə radikal artıma yol verilməyib. Halbuki dünyadakı böhran fonunda bir çox ölkələrdə əməkhaqları və təqaüdlər azaldıldı, iş yerləri, sosial proqramlar ixtisar olundu, bir sıra kommunal xərclər isə artırıldı. Bütün bunların fonunda isə Azərbaycanda sosial cəhətdən vəziyyət sabitdir. Çünki Azərbaycan sosialyönümlü dövlətdir və daim əhalinin sosial müdafiəsini diqqət mərkəzində saxlayır. Bu baxımdan, hökumətin sosial xidmətlərə görə tarif siyasəti də vətəndaşların maraqlarının müdafiəsi prinsipi üzərində qurulub”, - deyə deputat qeyd edib.

Paylaş:
Baxılıb: 499 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31