Bakı Ali Neft Məktəbində “Erasmus+” proqramı ilə bağlı məlumatlandırma günü keçirilib
06.12.2016 [09:50]
Bakı Ali Neft Məktəbində (BANM) bu ali təhsil ocağının və Azərbaycanda Milli “Erasmus+” ofisinin birgə təşkilatçılığı ilə “Erasmus+” proqramı barədə ali təhsil müəssisələrimiz üçün ilk dəfə məlumatlandırma günü keçirilib.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, bu ali məktəbin rektoru Elmar Qasımov tədbirin Azərbaycanda ali təhsilin gələcək inkişafı, ali təhsil müəssisələrimizin Avropa İttifaqı (Aİ) ölkələrinin universitetləri və təhsil strukturları ilə beynəlxalq əməkdaşlığının genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. “Erasmus+” və Aİ tərəfindən dəstəklənən digər təhsil proqramlarının imkanlarından səmərəli istifadənin zəruriliyindən danışan E.Qasımov qeyd edib ki, Azərbaycanın ali təhsil müəssisələri 1995-ci ildən etibarən “TACİS/TEMPUS” kimi layihələr də daxil olmaqla, həmin proqramlarda iştirak edir. Rektor cari il “Erasmus+” proqramı çərçivəsində BANM və Yunanıstanın Pirey Tətbiqi Elmlər Universiteti arasında imzalanan müqavilənin əhəmiyyətini qeyd edib.
Tədbirdə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin əməliyyat şöbəsinin rəhbəri Jeron Uilems təmsil etdiyi qurumun ölkəmizdə təhsilə dəstək siyasətinin əsas prinsipləri haqqında məlumat verib. Diqqətə çatdırılıb ki, Aİ Azərbaycanın Təhsil Nazirliyi, eləcə də ali təhsil müəssisələri ilə birgə tədbirlər həyata keçirməklə onların Avropa təhsil sisteminə inteqrasiya olunmasına kömək göstərir. O deyib: “Ali, peşəkar təhsil üzrə qrantların və digər yatırımların ayrılması vasitəsilə müvafiq islahatların uğurla həyata keçirilməsində kömək göstərmək niyyətindəyik”.
Sonra Təhsil Nazirliyinin beynəlxalq əməkdaşlıq məsələləri üzrə eksperti Pərvin Qəhrəmanova, SOCAR-ın vitse-prezidentinin müavini Asif Şəfəqqətov, Azərbaycanda Milli “Erasmus+” ofisinin rəhbəri Pərviz Bağırov, “British Council” təşkilatının ölkə üzrə direktoru xanım Elizabet Vayt, Fransanın Azərbaycandakı səfirliyinin universitetlərlə əməkdaşlıq üzrə səlahiyyətli nümayəndəsi Batist Minyö, SOCAR-ın elm və texniki şöbəsinin əməkdaşı Nazim Vəliyev və Aİ-nin ölkəmizdəki nümayəndəliyinin beynəlxalq yardım və əməkdaşlıq üzrə mütəxəssisi Rza Zülfüqarlı çıxış ediblər.
Daha sonra hesabatlar dinlənilib. P.Bağırov rəhbərlik etdiyi qurumun fəaliyyəti, “Erasmus+” proqramının əsas istiqamətləri “CBHE” proqramı çərçivəsində həyata keçirilən layihələrin müsabiqəsinə aid üçüncü tur barədə məlumat verib.
Azərbaycan Dillər Universitetinin prorektoru Jalə Qəribova və digər çıxış edənlər ölkəmizdə Aİ tərəfindən ayrılan qrantlar üzrə layihələrdən, “Horizon 2020” və əməkdaşlığın inkişafı istiqamətində proqramın imkanlarından, Azərbaycanın Erasmus Tələbə Şəbəkəsinin fəaliyyətindən, ali təhsil müəssisələrimizin müvafiq proqramlarda iştirakından söz açıblar. Natiqlər “Erasmus+” proqramın Azərbaycanda həyata keçirilməsi üçün Təhsil Nazirliyinin lazımi dəstək göstərdiyini diqqətə çatdırıblar.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

