Bakı Slavyan Universiteti 70 illik tarixində böyük uğurlar qazanıb
17.12.2016 [12:23]
Dekabrın 16-da respublikamızda elm və təhsilin inkişafında, müstəqil Azərbaycanın humanitar ixtisaslar üzrə yüksəkkeyfiyyətli mütəxəssis hazırlığında, beynəlxalq əlaqələrimizin qurulmasında və milli-mənəvi dəyərlərimizin dünyada təbliğində xüsusi yeri olan Bakı Slavyan Universitetinin (BSU) 70 illik yubileyi qeyd edilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə güllər düzülüb.
Yubiley tədbiri universitetin akt zalında davam etdirilib.
Tədbirdə Türkiyə, Rusiya, Ukrayna, Bolqarıstan, Belarus, Çexiya və digər ölkələrdən gəlmiş qonaqlar iştirak ediblər.
BSU-nun rektoru, professor Nurlana Əliyeva on illər boyu respublikamız üçün unikal ixtisaslar üzrə mütəxəssis hazırlığı aparan universitetin keçdiyi tarixi yoldan, bu ali məktəbin gənc nəslin təlim-tərbiyəsindəki rolundan, Azərbaycanın milli-mənəvi dəyərlərinin dünyaya tanıdılmasında səmərəli fəaliyyətindən danışıb.
Qeyd olunub ki, Bakı Slavyan Universitetinin təməli 1946-cı ildə ikiillik M.F.Axundov adına Azərbaycan Dövlət Müəllimlər İnstitutu kimi qoyulub, 1952-1953-cü tədris ilində isə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu adlandırılıb.
1959-cu ildə bu ali məktəb Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu ilə birləşdirilərək Azərbaycan Pedaqoji Dillər İnstitutuna çevrilib. Lakin rus dili və ədəbiyyatı müəllimlərinə ehtiyacın artması səbəbindən 14 ildən sonra, yəni 1972-ci ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə bu ali təhsil müəssisəsi yenidən M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu kimi fəaliyyətini bərpa edib.
Ümummilli lider Heydər Əliyevin 2000-ci il 13 iyun tarixli Fərmanı ilə M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun bazasında Bakı Slavyan Universiteti yaradılıb.
Universitetin qarşısına Rusiya, bütövlükdə MDB məkanı, Şərqi, Mərkəzi və Cənubi Avropa, böyük slavyan-yunan dünyası ilə təhsil, ədəbi-mədəni, siyasi-diplomatik və sosial-iqtisadi əlaqələri inkişaf etdirmək vəzifəsi qoyulub.
Hazırda Bakı Slavyan Universiteti respublikamızın böyük elmi-pedaqoji potensiala malik ali təhsil ocaqlarındandır. Universitetin pedaqoji heyətinə 50-dən çox elmlər doktoru, professor, 200 elmlər namizədi, dosent və 200-dən çox baş müəllim və müəllim daxildir. Ondan çox ölkənin dövlət və hökumət başçıları, siyasi və din xadimlər BSU-nun fəxri doktorlarıdır.
Universitetdə bakalavriat səviyyəsində 11, magistratura səviyyəsində 35 ixtisas üzrə mütəxəssis hazırlığı həyata keçirilir.
BSU-da beş fakültə - filologiya və xarici dil müəllimliyi, pedaqoji, Azərbaycan filologiyası və jurnalistika, beynəlxalq münasibətlər və regionşünaslıq, tərcümə fakültələri, əlavə təhsil, magistratura, doktorantura və qiyabi təhsil şöbələri, Məktəb-Lisey Kompleksi, 25 kafedra, bir idman klubu, beş elmi-tədqiqat laboratoriyası, 12 tədris-mədəniyyət mərkəzi, Dissertasiya Şurası və digər strukturlar fəaliyyət göstərir. Universitet tərəfindən “BSU-nun elmi əsərləri” (“Dil və ədəbiyyat”, “İctimai elmlər” seriyaları), “Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalı, “Humanitar elmlərin öyrənilməsinin aktual problemləri” və “Tağıyev oxuları” elmi məcmuələri, “Tələbə dünyası” qəzeti nəşr edilir.
Hazırda universitetdə xarici ölkələrdən hazırlıq qruplarında, bakalavriat, magistratura və doktorantura səviyyələrində 200-dək əcnəbi vətəndaş təhsil alır.
Son dövrdə universitetin fəaliyyəti, burada qısa müddətdə görülən işlər barədə ABŞ, Polşa, Bolqarıstan və Rusiyanın ən nüfuzlu mətbuat orqanlarında məqalələr dərc edilib.
Sonra Bakı Slavyan Universitetinin fəaliyyətini əks etdirən film nümayiş olunub.
Tədbirdə təhsil naziri Mikayıl Cabbarov BSU-nun Azərbaycanda yüksək ixtisaslı kadr hazırlığında rolunu, ölkəmizin Rusiya, bütövlükdə MDB məkanı, Şərqi, Mərkəzi və Cənubi Avropa, böyük slavyan-yunan dünyası ilə təhsil, ədəbi-mədəni, siyasi-diplomatik və sosial-iqtisadi əlaqələrinin inkişafında əhəmiyyətli fəaliyyətini diqqətə çatdırıb.
Nazir Ümummilli lider Heydər Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini, Ulu öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini vurğulayıb. Dövlətimizin başçısının apardığı məqsədyönlü siyasətin uğurlu nəticələrindən danışan nazir Azərbaycanın sürətlə inkişaf etdiyini, dünya ölkələri arasında özünə layiqli yer tutduğunu bildirib.
M.Cabbarov cəmiyyətin tərəqqisində təhsilin mühüm rolunu qeyd edərək, ölkəmizdə bu sahə üzrə səmərəli islahatların aparıldığını, proqram və layihələrin reallaşdırıldığını diqqətə çatdırıb. Nazir vurğulayıb ki, gənclər vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə olunmalıdırlar.
BSU-nun inkişaf mərhələlərindən söz açan M.Cabbarov Ümummilli lider Heydər Əliyev tərəfindən bu ali məktəbin fəaliyyətinə yüksək qiymət verildiyini xatırladıb. BSU-nun elm və təhsilimizə verdiyi töhfələrdən bəhs edən nazir yüksəkixtisaslı, bacarıqlı mütəxəssislərin hazırlanmasında bu ali məktəbin xüsusi rolunu diqqətə çatdırıb.
Nazir əlamətdar gün münasibətilə universitetin kollektivini təbrik edib, daha böyük uğurlar arzulayıb.
Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 14 dekabr tarixli sərəncamları ilə Bakı Slavyan Universitetinin bir qrup əməkdaşının təhsilin inkişafındakı xidmətlərinə görə mükafatlandırıldığını diqqətə çatdıran M.Cabbarov dövlətimizin başçısına minnətdarlığını bildirib.
Mükafatlar sahiblərinə təqdim edilib.
Bolqarıstan Respublikasının vitse-prezidenti Marqarita Popova, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə, Milli Məclis sədrinin müavini Bahar Muradova, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Çexiyanın Brno Texniki Universitetinin professoru İvan Meznik, Minsk Dövlət Linqvistik Universitetinin elmi işlər üzrə prorektoru Anatoli Qorlatov, Moskva Dövlət Linqvistik Universitetinin Morisa Tereza adına Xarici Dillər İnstitutunun direktoru Qalina Voronina və başqaları elm və təhsilin inkişafında Bakı Slavyan Universitetinin xidmətləri ilə bağlı fikirlərini bölüşüb, müəllim və tələbələrə uğurlar arzulayıblar.
Müxtəlif ölkələrdən BSU-nun ünvanına göndərilən təbrik məktubları oxunub.
Sonra BSU-nun rektoruna Rusiya Xarici İşlər Nazirliyi yanında “Rossotrudniçestvo” agentliyinin fəxri fərmanı təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

