UNEC-də görkəmli alim Aqil Əliyevin 90 illik yubileyi qeyd edilib
28.12.2016 [09:48]
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Əməkdar Elm Xadimi, AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Aqil Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilən elmi-praktik konfrans keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, universitetin rektoru, professor Ədalət Muradov görkəmli alimin yubileyinin Prezident İlham Əliyevin “Aqil Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında” 2016-cı il 8 dekabr tarixli Sərəncamına uyğun olaraq təşkil edildiyini bildirib. Rektor A.Əliyevin ölkənin sosial-iqtisadi inkişafı sahəsində, xüsusən əhalinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı apardığı tədqiqatların ölkənin gələcək inkişafında əhəmiyyətli olacağını qeyd edib. Ə.Muradov görkəmli alimin müstəqil Azərbaycanın dinamik inkişafında mühüm rol oynayan, bu günün stabilliyini təmin edən bir ailənin təmsilçisi olduğunu vurğulayıb.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə, akademiklər Əhliman Əmiraslanov, Teymur Bünyadov və digər çıxış edənlər görkəmli iqtisadçı A.Əliyevin məhsuldar elmi tədqiqatlarından, pedaqoji fəaliyyətindən bəhs ediblər.
Bildirilib ki, görkəmli alim insanın sosial həyatını onun cəmiyyətdəki yeri və rolu ilə əlaqəli araşdırıb, ümumiləşdirmələr aparıb və elmi nəticələr çıxarıb. A.Əliyevin ölkəmizdə sosial sahənin iqtisadiyyatına həsr olunan əsərləri cəmiyyətin aktual məsələlərinin tədqiqinə və əsaslandırılmasına xidmət edir. İqtisadçı alimin tədqiqatlarında səhiyyə ilə iqtisadi inkişaf arasında qarşılıqlı əlaqə məsələləri xüsusi yer tutub. A.Əliyev Azərbaycanda elmi-texniki inkişafın kompleks proqramının işlənib hazırlanmasında yaxından iştirak edib. Görkəmli alim əhalinin sağlamlığının qorunması ilə bağlı iqtisadi problemlərin təhlili üzərində ardıcıl çalışıb və o, respublikada məhsuldar qüvvələrin inkişaf sxeminin hazırlanmasının müəlliflərindən biridir. Alimin iqtisadi islahatların sosial tərəqqidə rolu, bazar münasibətləri şəraitində əhalinin sosial problemlərinin öyrənilməsi sahəsindəki araşdırmaları elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.
Sonda A.Əliyevin ailə üzvləri adından qızı Zərifə Əliyeva konfransın təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Xəbər lenti
Hamısına baxSosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42

