İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi ötən il 93 nəfərə müxtəlif növ yardımlar göstərib
06.01.2017 [09:26]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi 2016-cı ildə 93 nəfərə müxtəlif növ yardımların göstərilməsini təmin edib. Həmin şəxslərdən 63 nəfəri Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Mərkəzə yönləndirilmiş insan alveri qurbanları, qalan 30 nəfəri isə potensial insan alveri qurbanları (insan alveri təhlükəsi ilə üzləşmək riski olan şəxslər) olub.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, onların bir çoxuna mövcud vəziyyətləri və ehtiyacları nəzərə alınmaqla və ehtiyaclarına uyğun olaraq eyni vaxtda bir neçə növdə yardımlar göstərilib, sosial reabilitasiya olunmaları üçün aidiyyəti tədbirlər görülüb. Ümumilikdə, 41 nəfərə hüquqi, 46 nəfərə psixoloji, 22 nəfərə tibbi yardım göstərilməsi təmin olunub. 15 nəfərin yeni peşələrə yiyələnərək əmək bazarına çıxış imkanları əldə etmələri, 33 nəfərin münasib iş yerləri ilə təmin olunmaları üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ilə birgə müvafiq işlər aparılıb. Görülən tədbirlər nəticəsində insan alveri qurbanlarının əksəriyyətinin sosial reabilitasiyasına nail olunmaqla, müvafiq şəxslərin insan alverinin qurbanına çevrilmək riski aradan qaldırılıb. Hazırda hər iki qrupdan olan insanların bir qismi ilə işlər davam etdirilir.
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli 667 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na əsasən ötən il insan alveri ilə bağlı ictimai məlumatlılığın artırılması məqsədilə müxtəlif formalarda maarifləndirmə tədbirləri də həyata keçirilib. Mərkəz tərəfindən ölkəmizin regionlarındakı peşə məktəbi və liseylərdə, gənclər və idman idarələrində, qadınlar və yetkinlik yaşına çatmayanlar üçün cəzaçəkmə müəssisələrində “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbirlər təşkil olunub. Bu tədbirlərdə insan alveri anlayışı, onun növləri, insan alveri ilə mübarizə formaları, insanların hansı hallarda insan alveri qurbanına çevrilmək riski ilə üzləşdikləri və belə hallardan qorunmaq yolları və s. barədə məlumatlar verilib. İştirakçılara mövzu ilə əlaqədar maarifləndirici buklet və kitabçalar, aidiyyəti mövzuda disklər paylanıb, sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19

