Mərkəzi Elmi Kitabxananın dövri mətbuat fondunun təqdimatı keçirilib
14.01.2017 [10:01]
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) dövri mətbuat fondunun təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan AMEA MEK-in direktoru Leyla İmanova 2017-ci ilin ilk təqdimatının məhz dövri mətbuat fonduna aid olmasının əhəmiyyətindən, 2016-cı ilin yekunlarından və əldə edilən nailiyyətlərdən danışıb. Bildirilib ki, Azərbaycan kitabxanaları arasında ilk dəfə elektron resursların istifadəsinə icazə verən müəllif hüquqları müqaviləsi tətbiq edən kitabxana məhz MEK olub. Azərbaycan kitabxanaları arasında ən qədim 17 kitab MEK-də mühafizə olunur. “Nəşriyyat haqqında Qanun”a islahatyönümlü təkliflər ilk dəfə olaraq MEK tərəfindən verilib.
MEK Azərbaycan kitabxanaları arasında ilk dəfə Vahid İdarəetmə Sistemini - müəssisənin bütün mümkün proseslərinin avtomatlaşdırılması, inteqrasiyası, nəzarətdə saxlanılması və mərkəzləşdirilmiş şəkildə idarəedilməsi sistemi - hazırlayıb tətbiqinə başlayan kitabxanadır: “MEK Azərbaycanda ilk dəfə Milli Rəqəmsal Yaddaş layihəsini hazırlayıb qeydiyyat, rəqəmsallaşdırma və qorunub saxlanılma proseslərini işlək səviyyəyə gətirən kitabxanadır. MEK Azərbaycanda türkdilli mənbələrin ən böyük e-kataloquna (94000) malik kitabxanadır. e-kataloqda və fondlarda rutin axtarış nəticəsində Azərbaycanda 17 ən qədim kitab aşkar edilmiş və rəqəmsallaşdırılmışdır”.
Bundan əlavə, L.İmanova iştirakçıların diqqətinə çatdırıb ki, Vikipediya elektron ensiklopediyasının Azərbaycanca dil bölməsində məqalələrin yerləşdirilməsi və redaktə edilməsi sistem şəklini alıb, MEK əməkdaşları tərəfindən və onların Vikipediya mövzusunda keçdiyi təlim iştirakçıları tərəfindən yerləşdirilən məqalələrin sayı sürətlə artıb, Vikipediya elektron ensiklopediyasının Azərbaycanca dil bölməsində Azərbaycan Milli Ensiklopediyasından məqalələrin yerləşdirilməsinə başlanılıb. Son iki ay ərzində 300-ə yaxın məqalə yerləşdirilib. L.İmanova onu da bildirib ki, Vikipediyada Azərbaycana aid materialların sistemli şəkildə daha da sürətli, həcmli və peşəkar səviyyədə aparılması məqsədilə “Vikipediyada məqalələrin yerləşdirilməsi” mövzusunda AMEA institutları və kənar təşkilatlara təlimlər silsiləsinə başlanılıb, 170 iştirakçıya 28 təlim keçirilib.
Tədbirdə MEK-in oxuculara illik xidmətlərin göstərilməsi ilə bağlı bəzi açıqlamalar da verilib. Bildirilib ki, AMEA qurumu olaraq, MEK AMEA əməkdaşları üçün 2016-cı ildə tətbiq edilmiş illik abunə haqqını olduğu kimi saxlayır, Qarabağ müharibəsi əlilləri və iştirakçıları, AMEA magistrantları və bütün qrup əlillər üçün isə illik oxucu kartları ödənişsiz verilir. Yeni qiymətlər yalnız AMEA kontingenti olmayan və yuxarıda səsləndirilən imtiyazlı qruplara aid olmayan kənar şəxslər üçün tətbiq olunur. İllik abunə haqqının artırılması Azərbaycan Respublikasının qanunvericiliyinə, AMEA və MEK nizamnamələrinə zidd deyil. Artımın səbəbi kimi - yeni və müasir kitabxanada fərqli xidmətlərin göstərilməsi və təhlükəsizlik sisteminin gücləndirilməsinə olan ehtiyaclar göstərilib.
MEK-in Beynəlxalq və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü təşkil olunan tədbirlərdə, xüsusən təqdimatlarda geniş ictimaiyyətin iştirak etdiyini dilə gətirib. O, görülən işlərin obyektiv şəkildə işıqlandırılmasında medianın ciddi dəstəyini hiss etdiklərini açıqlayıb. M.Göyüşlü vətəndaşlara MEK-in 24 min kvadratmetr ərazidə fərqli və müasir xidmətlərin göstərilməsi, kitabxanada olan informasiya resurslarının təhlükəsizliyinin təmin edilməsi üçün qiymət dəyişikliyi etdiyini və bunun zərurət olduğunu bildirib.
Daha sonra kitabxananın İstifadəçilərə xidmət və nəzarət bölməsinin əməkdaşı Roksanə Səfərzadə təqdimatla çıxış edərək, MEK-in dövri mətbuat fondu barədə ətraflı məlumat verib.
MEK-in Kitabxana-Xidmət şöbəsinin müdiri Aygün Səfərova isə bildirib ki, MEK-də dövri mətbuat fondunda sənədlərin ümumi sayı 374550-dir (jurnal - 313123, qəzet - 2900 komplekt, ardı davam edən nəşrlər - 58527). MEK-də ən qədim Azərbaycan jurnalı 1928-ci ilə, qəzeti 1923-cü ilə, ən qədim rus qəzeti 1905-ci ilə, ən qədim Qərbi Avropa jurnalı 1887-ci ilə, şərq dillərində ən qədim jurnal 1905-ci ilə aiddir. Bundan başqa, kitabxanada Yaponiya, Koreya, Çin jurnalları, “Türk dili dərgisi” və Türkiyəyə aid “Bülletenlər” saxlanılır.
Tədbirdə çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu bildirib ki, Mərkəzi Elmi Kitabxana Azərbaycanın sərvətidir. O, hazırda məişət mədəniyyətinin kütləvi şəkildə yayıldığı bir məqamda MEK-in ictimai rəyə elmi, mədəniyyəti gətirməklə milli yaddaşın formalaşmasında, qorunmasında mühüm rol oynadığını qeyd edib. Elmi, informasiyanın ali forması kimi dəyərləndirən Hikmət Babaoğlu bu istiqamətdə kitabxananın təqdirəlayiq işlərlə məşğul olduğunu bildirib. Bu işlər üçün vəsait lazım olduğunu deyən millət vəkili MEK-in qəbul etdiyi qərara hörmətlə yanaşaraq onu dəstəklədiyini dilə gətirib. O, Yaponiyanın ingilisdilli elmi jurnallarının MEK-ə gətirilməsi üçün təşəbbüs göstərilməsini təklif edib. Sonda millət vəkili Azərbaycan mətbuatının Azərbaycan tarixinin gündəlik salnaməsini yazdığını qeyd edərək, qəzetlərin gündəlik buraxılışının elektron formatda MEK-in elektron bazasında da yerləşdirilməsini təklif edib və MEK-in bu istiqamətdə gördüyü işləri də alqışlayıb.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru, AzTV-nin “Mədəniyyət” kanalının əməkdaşı Güllü Yoloğlu çıxış edərək bildirib ki, MEK-in arxivində saxlanılan qiymətli sənədlərin, burada göstərilən xidmətin səviyyəsini nəzərə alaraq qiymət dəyişikliyi ilə bağlı qəbul edilmiş qərar vaxtında atılmış bir addımdır. O, bu məsələdə kitabxananı dəstəklədiyini bildirib. G.Yoloğlu Rusiyada və Türkiyədə çıxan elmi jurnallarla yanaşı Yaponiya və Cənubi Koreyanın keçmişin sivil şəkildə yaşadılması və inkişafa yönəlmiş müasir nailiyyətlərin vəhdət modelindən istifadə edilməsini MEK-ə təklif edib.
Azərbaycan Yazıçılar Birliyinin “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə deyib ki, MEK böyük inkişaf yolu keçib və müasir dövrün tələblərinə cavab verən kitabxanaya çevrilib. Onun sözlərinə görə, elektron resurslara çıxış imkanının olması MEK-i daha da cəlbedici edir. İ.Qasımzadə MEK-in qiymət dəyişikliyi ilə bağlı qəbul etdiyi qərarı dəstəklədiyini ifadə edib.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətinin rəhbəri Yadigar Məmmədli isə çıxışında MEK-in fəaliyyətini digər kitabxanalar üçün bir örnək olaraq göstərib. Onun sözlərinə görə, elmi məlumatların maddiləşdirilməsi və qorunub saxlanılması vacib bir addımdır.
AMEA-nın beynəlxalq “Türkologiya” jurnalının məsul katibi Elçin İbrahimov çıxış edərək təmsil etdiyi jurnalın MEK ilə sıx əməkdaşlıq ənənəsi barədə məlumat verib. O, eyni zamanda, MEK-də göstərilən xidmətin yüksək səviyyədə təşkil olunduğunu söyləyib və kitabxananın qiymət artımı ilə bağlı qəbul etdiyi yeni qərarı dəstəklədiyini açıqlayıb.
AMEA-nın “Xəbərlər məcmuəsi”nin və “Yer elmləri” jurnalının məsul katibi Adilə İsrafilova çıxışında bildirib ki, “Yer elmləri” jurnalı elektron formatda mövcuddur və hər bir şəxs ondan istifadə edə bilər.
Sonda tədbir iştirakçıları ilə MEK-in əməkdaşları kitabxananın fondlarını ziyarət edib və dövri mətbuatın saxlanıldığı arxivə baş çəkiblər.
Xəbər lenti
Hamısına baxAnalitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58

