/ / “Davosa doğru - Bakı” Forumunda gənclər üçün yeni imkanların yaradılması məsələləri müzakirə olunub
“Davosa doğru - Bakı” Forumunda gənclər üçün yeni imkanların yaradılması məsələləri müzakirə olunub
18.01.2017 [10:04]
Yanvarın 17-də ADA Universitetində Davos Dünya İqtisadi Forumu çərçivəsində “Davosa doğru - Bakı” Forumu (“Shaping Davos - Baku”) işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Gənclər Təşkilatları Milli Şurası və “Global Shapers Community Baku” tərəfindən keçirilən Forumun əsas mövzusu “Məşğulluq vasitəsilə yeni imkanların yaradılması”dır. Tədbir Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, ADA Universiteti və “Youth Inc” gənclərin sahibkarlıq proqramının dəstəyi ilə təşkil olunub.
Üç hissədən ibarət Forumun iştirakçıları əvvəlcə gənc sahibkarların biznes təşəbbüslərinə dair sərgi ilə tanış olublar.
Forumun açılış mərasimində Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
ADA Universitetinin prorektoru Fariz İsmayılzadə qeyd edib ki, tədbir müasir dünyada gənclərin təhsili, iş imkanları, karyera inkişafı kimi məsələlərə həsr olunub. “Bu, çox aktual mövzudur. Universitetimiz bu mövzunu daim diqqətdə saxlayır, araşdırır. Bizim xüsusi karyera mərkəzimiz var, tələbələr üçün karyera inkişafı treninqləri keçirilir. İş bazarında imkanları araşdırıb gənclərə təqdim edirik”, - deyə F.İsmayılzadə vurğulayıb.
Bildirilib ki, bu günlərdə dünyanın ən mötəbər iqtisadi forumlarından olan Davos İqtisadi Forumu keçirilir. Orada dünyanın aparıcı iqtisadi qurumlarının nümayəndələri, dövlət başçıları, nüfuzlu şirkətlərin rəhbərləri iştirak edirlər. Onlar üçün gənclərin fikirlərini bilmək çox vacibdir. Burada aparılacaq müzakirələr nəticəsində səslənən tövsiyələr, fikirlər, problemlər, təkliflər iki gündən sonra Davos Forumunda canlı bağlantıda diqqətə çatdırılacaq və mövzu üzrə onlayn beynəlxalq panel sessiyası təşkil olunacaq.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Səbuhi Rzayev çıxışında bildirib ki, Azərbaycan Davos Dünya İqtisadi Forumu ilə yaxından əməkdaşlıq edir. İlk dəfə 1995-ci ildə Ulu öndər Heydər Əliyev Azərbaycan nümayəndə heyəti ilə Davos Forumunda iştirak edib, ölkəmizin xarici investisiyalara açıq olduğunu bildirib. Sonralar Prezident İlham Əliyev dəfələrlə bu forumun işində iştirak edib, ölkəmizin beynəlxalq iqtisadi münasibətlərdə tutduğu mövqeni diqqətə çatdırıb. Azərbaycan builki Davos Forumunda da təmsil olunur.
“Davosa doğru - Bakı” Forumunun maraqlı təşəbbüs olduğunu deyən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev qeyd edib ki, bu şəbəkə vasitəsilə dünyanın bir çox şəhərlərində fəaliyyət göstərən oxşar icmalarla əlaqə qura bilərik. Eyni zamanda, həmin icmalardakı biznes imkanlarından yararlanmaq da mümkündür: “Bu proses daha da təkmilləşdirilməlidir. İnanıram ki, gələcəkdə bu prosesdə daha çox gənc iş adamlarımız iştirak edəcəklər. Onların yeni nəslin inkişafında böyük rolu olacaq”.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov da “Davosa doğru - Bakı” Forumunun önəmindən danışıb. O, bu təşəbbüsün gənclərin dünya liderləri ilə ünsiyyət qurmalarında rolundan bəhs edib.
Açılış çıxışlarından sonra “Peşə təhsili və qeyri-formal təhsil vasitəsilə gənclərin məşğulluğunun artırılması” və “Gənclərin sahibkarlığa cəlb olunması vasitəsilə yeni iş yerlərinin yaradılması” mövzularında panel sessiyalar keçirilib. Sessiyalarda dövlət qurumları, milli və transmilli şirkətlər, beynəlxalq təşkilatların nümayəndələri gənclərin işsizliyi ilə mübarizəsi üçün peşə təhsilindən bir vasitə kimi istifadənin mövcud təcrübəsi, peşə təhsilli gənclərin marağını cəlb edən problemlər, gənclərin məşğulluğunun təmin olunması üçün peşə təhsilinin səmərəliliyi, qeyri-formal təhsilin gəncləri gələcək karyera üçün zəruri bacarıqlarla təmin etməsi, gənc sahibkarların üzləşdikləri problemlər, gənc sahibkarların Azərbaycan iqtisadiyyatında, eləcə də ölkədə gənclərin məşğulluğunun təmin olunmasında rolu, özəl sektor və hökumət müəssisələrinin gənclərin sahibkarlıq fəaliyyətinə dəstəyi mövzularında müzakirələr aparıblar.
Sonra gənc sahibkarların startaplarının videoçarxları nümayiş etdirilib.
1970-ci illərdə akademik Klaus Şvab tərəfindən yaradılmış kiçik bir qrupdan ibarət olan Davos İqtisadi Forumu hazırda 2500 iştirakçını əhatə edən iri platformaya çevrilib. Hər il Forumun illik görüşü İsveçrənin Davos şəhərində keçirilir. Artıq bir neçə ildir ki, Forum zamanı əsas fəaliyyətlərdən biri kimi “Shaping Davos” layihəsi reallaşdırılır. “Shaping Davos” dünya əhalisinin Davos İqtisadi Forumunun spikerləri ilə dialoqunun təşkili üçün vasitədir. “Shaping Davos” Dünya Forumunun gənclər platforması olan “Global Shapers” tərəfindən icra olunur. 2017-ci ildə dünyada cəmi 16 şəhər “Shaping Davos” fəaliyyətinin keçirilməsi hüququ qazanıb ki, onların arasında Bakı da var.
“Davosa doğru - Bakı” Forumunun nəticələri yanvarın 19-da onlayn bağlantı ilə Dünya İqtisadi Forumunda səsləndiriləcək və mövzu üzrə beynəlxalq panel iclası təşkil olunacaq.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

