Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Təmiz qida ilə sağlam gələcəyə doğru” layihəsinin icrası başa çatdırılıb

“Təmiz qida ilə sağlam gələcəyə doğru” layihəsinin icrası başa çatdırılıb

03.02.2017 [09:48]

“Ədalət və İnkişaf Naminə” Uşaq və Gənclərə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Təmiz qida ilə sağlam gələcəyə doğru” adlı layihənin icrasını başa çatdırıb. Layihə Xətai və Binəqədi rayonlarını əhatə edib. Təşkilatın sədri və layihənin rəhbəri Könül Əfəndiyeva bildirib ki, layihə çərçivəsində sosial çarx hazırlanıb, yeniyetmə və gənclərin sağlamlığının qorunması, məişət gigiyenası və qida təhlükəsizliyi ilə bağlı biliklərin artırılması məqsədilə tədbirlər keçirilib, sosial çarxın təqdimatı olub, həkim-ekspertlər mövzu haqqında sualları cavablandırıblar. Layihə çərçivəsində keçirilən tədbirlərdə xüsusən yeniyetmə və gənclərin sağlamlığına mənfi təsir göstərən zərərli vərdişlərdən, eyni zamanda şəxsi gigiyenanın və məişət gigiyenasının önəmindən, qida təhlükəsizliyinə xüsusi diqqət yetirilməsindən bəhs olunub. 250-dən artıq gənc tədbirlərin iştirakçısı olub.
K.Əfəndiyeva qeyd edib ki, keçirilən tədbirlərdə həkim ekspertlər gənclərə öz tövsiyələrini çatdırıblar ki, qida məhsulunun xüsusiyyətinə, tərkibinə, saxlanma və yararlılıq müddətinə, mənşəyinə, hazırlanma üsuluna xüsusi diqqət yetirilməlidir. Layihənin adından göründüyü kimi, təmiz qida sağlam gələcəyimizin əsasıdır.
Layihənin rəhbəri hər bir məsələnin həllində maarifləndirmə işinin vacibliyini qeyd edərək vurğulayıb ki, bu layihənin icrasında da məqsəd günümüzün aktual problemlərindən olan “təmiz qida” çağırışına töhfəmizi verməkdir.

Paylaş:
Baxılıb: 589 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31