Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlər Vətənə sədaqət andı içiblər

14.02.2017 [09:29]

Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlərin andiçmə mərasimi olub.
AZƏRTAC xəbər verir ki, hərbi hissənin Döyüş Bayrağı sıra meydanına gətirildikdən və andiçmə mərasiminə hazırlıqla bağlı məruzə edildikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Yanvar ayı ərzində həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlər təntənəli surətdə Vətənə sədaqət andı içiblər.
Sonra Əlahiddə Ümumqoşun Ordu Komandanının təbriki şəxsi heyətə çatdırılıb.
Zabitlər, əsgərlər, valideynlər və digər çıxış edənlər hərbi andı qəbul edən əsgərləri təbrik edərək, onlara xidmətlərində uğurlar arzulayıblar.
Daha sonra şəxsi heyətin tribunanın önündən təntənəli keçidi olub.
Ən çətin tapşırıqların öhdəsindən layiqincə gəlməyi bacaran vətənpərvər, mənəvi-psixoloji, fiziki hazırlığı yüksək səviyyədə olan xüsusi təyinatlı bölmənin nümunəvi çıxışları maraqla və alqışlarla qarşılanıb.

Paylaş:
Baxılıb: 593 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31