Konstitusiya Məhkəməsi Aparatının ötənilki fəaliyyətinə dair hesabat iclası keçirilib
14.02.2017 [09:35]
Fevralın 13-də Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Aparatının 2016-cı ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclası açan Fərhad Abdullayev ötən il respublikamızda bir çox mühüm dövlət və beynəlxalq tədbirlərin keçirildiyini vurğulayıb. Fərhad Abdullayev qeyd edib ki, Azərbaycan Respublikası Konstitusiyasının 153-cü maddəsinin tələbinə əsasən, Əsas Qanuna dəyişikliklərin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin təklifi əsasında Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsinə rəy verib. Sentyabrın 26-da Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı respublikamızda ümumxalq səsverməsi - referendum keçirilib. Səsvermənin nəticələrinə əsasən, Konstitusiyaya təklif edilən dəyişikliklərin hamısı yüksək faizlə dəstəklənib.
Fərhad Abdullayev Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşıdır və buna görə bütün dövlət qurumları tərəfindən vətəndaşların şikayətlərinə çox diqqətlə yanaşılmalıdır” fikrini xüsusi vurğulayaraq, bununla bağlı Aparatın müvafiq şöbələrinə vətəndaşların ərizə və şikayətlərinin diqqətlə araşdırılması barədə tapşırıqlar verildiyini bildirib. Qeyd olunub ki, dövlət qurumları tərəfindən vətəndaşların qəbulu, onların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı Azərbaycan Prezidentinin göstərişlərinə əsasən Konstitusiya Məhkəməsinin rəhbərliyi vətəndaşların müraciətlərinin diqqətlə dinlənilməsi, araşdırılaraq həll olunması üçün tədbirlər görülməsini tapşırıb.
İclasda Aparat rəhbərliyinin çıxışları, müvafiq şöbə və sektor müdirlərinin hesabatları dinlənilib. Həmçinin Konstitusiya Məhkəməsinə daxil olan sorğu, müraciət və şikayətlərdə toxunulan hüquqi aspektlər, qəbul edilən qərarların icrası, tərtib olunan arayış və rəylər, habelə təşkilati məsələlərlə bağlı məruzələr dinlənilib, işin səmərəsini yüksəltməyə dair təkliflər irəli sürülüb.
Bildirilib ki, ötən il daxil olmuş sorğu, müraciət və şikayətlərə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən 30 qərar və qərardad qəbul edilib. Konstitusiya Məhkəməsinin palataları tərəfindən isə 503 qərardad qəbul edilib. Həmin qərar və qərardadlarda mülki, cinayət, əmək, vergi və hüququn digər sahələrinin məsələlərinə dair Azərbaycan Respublikası Konstitusiyasının müddəaları nöqteyi-nəzərdən hüquqi qiymət verilib.
Diqqətə çatdırılıb ki, hesabat dövründə Konstitusiya Məhkəməsinə daxil olan bütün sorğu və müraciətlərlə bağlı rəylər tərtib edilib. Ötən il məhkəməyə daxil olan şikayətlər əsasən mülkiyyət hüququn pozulması, məhkəmə qərarlarının icra olunmaması, ailə, vergi, mülki, əmək münasibətləri, alqı-satqı, torpaq sahələrinin ayrılması, özəlləşdirmə, sahibkarlıq fəaliyyəti, mübahisələr və s. ilə bağlı olub.
Vurğulanıb ki, ötən il Konstitusiya Məhkəməsinin beynəlxalq əlaqələri daha da möhkəmlənib. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, Venesiya Komissiyası, habelə bir çox xarici ölkələrin Konstitusiya məhkəmələri ilə məhkəmə-hüquq əməkdaşlığı daha da inkişaf etdirilib. Konstitusiya Məhkəməsi qəbul etdiyi bütün qərarlarında dövlətdaxili qanunvericiliklə yanaşı, beynəlxalq müqavilə və məhkəmə praktikasına diqqət yetirir.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iclasa yekun vuraraq qeyd edib ki, 2016-cı ildə respublikamızda bir çox mühüm dövlət və beynəlxalq tədbirlər keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin milli qanunvericilik bazasının müasir hüquq sisteminə uyğunlaşdırılmasını nəzərdə tutan bir sıra fərman və sərəncamlar imzalayıb. Dövlətimizin başçısının rəhbərliyi ilə beynəlxalq əlaqələr sahəsində davamlı addımlar atılır. Bütün bunlar regionun lider dövləti olan Azərbaycanın sürətli inkişafını, beynəlxalq arenada mövqeyinin güclənməsini bir daha təsdiqləyir.
Konstitusiya Məhkəməsinin sədri 2016-cı ildə görülmüş işləri müsbət qiymətləndirməklə yanaşı, qurumun fəaliyyətinin səmərəliliyinin artırılması üçün Aparatın struktur rəhbərlərinə tapşırıqlarını çatdırıb.
İclasın sonunda iş planlarına əsasən, 2017-ci ildə Aparatın qarşısında duran vəzifələrlə bağlı bir sıra tapşırıqlar verilib.
Xəbər lenti
Hamısına baxDünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41

