Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / ADNSU və Böyük Britaniyanın Lester Universiteti arasında əməkdaşlığa dair saziş imzalanıb

ADNSU və Böyük Britaniyanın Lester Universiteti arasında əməkdaşlığa dair saziş imzalanıb

15.02.2017 [09:59]

Fevralın 13-də Lester Universitetinin prezidenti, professor Pol Boyl (Paul Boyle) və onun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində olub. İlk olaraq ADNSU-nun tarix muzeyi ilə tanış olan nümayəndə heyətinə muzey və eksponatlar haqqında geniş məlumat verilib. Qonaqlar həmçinin universitetin nəzdində yaradılan Britaniya Mərkəzi ilə tanış olublar.
Sonra ADNSU-nun rektoru, professor Mustafa Babanlı Lester Universitetinin prezidenti və nümayəndə heyəti ilə görüşüb. Görüşdə rektor M.Babanlı universitetdəki tədris prosesi və yeniliklər barədə qonaqlara məlumat verib. Hazırda universitetdə 14 ixtisas üzrə ingilis dilində tədrisin aparıldığını qeyd edən rektor tələbələrin ingilis dilində tədrisə marağının yüksək olduğunu və buna görə də bu istiqamətdə işlərin daha da inkişaf etdirilməsinin planlaşdırıldığını vurğulayıb. Rektor M.Babanlı qonaqlara ADNSU-nun nəzdində fəaliyyət göstərən Fransız-Azərbaycan Universiteti (UFAZ) haqqında da geniş məlumat verib.
Görüşdə ADNSU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov, rektorun müşaviri Rusif Hüseynov, Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Cəmilə İsmayılzadə Erasmus+ tələbə mübadiləsi proqramı çərçivəsində Lester Universitetində təhsil alan tələbələr, ADNSU-da kitabxananın müasirləşdirilməsi istiqamətində Lester Universitetinin standart və təcrübəsindən istifadə edilməsinin nəzərdə tutulduğu layihələr haqqında məlumat veriblər.
Lester Universitetinin prezidenti, professor Pol Boyl ADNSU ilə əməkdaşlıqdan məmnunluq duyduğunu və bu əməkdaşlığın inkişafı istiqamətində səylərini əsirgəməyəcəklərini qeyd edib.
Görüşdə həmçinin birgə proqram çərçivəsində bəzi ixtisaslar üzrə mütəxəssis hazırlanmasına dair məsələlər də müzakirə olunub. Qərara alınıb ki, qarşıdakı həftələr ərzində hər iki universitetin rəsmiləri arasında müvafiq ixtisasın seçilməsi və birgə proqramın yaradılması ilə bağlı bütün detalların razılaşdırılması istiqamətində intensiv əməkdaşlıq aparılacaq.
Görüşün sonunda ADNSU və Lester Universiteti arasında əməkdaşlığa dair saziş imzalanıb.

Paylaş:
Baxılıb: 564 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31