Azərbaycan multikulturalizmi dini həmrəyliyin ünvanı Qaxda
16.02.2017 [10:02]
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: İslam həmrəyliyi bizə nə verir?” adlı IV Beynəlxalq multikulturalizm qış məktəbi fevralın 15-də fəaliyyətini Qaxda davam etdirib.
Qış məktəbinin iştirakçıları səhər saatlarında Qax rayonundakı Kürmük məbədi ilə tanış olublar. Tələbələrə məbədin tarixi ilə bağlı bilgi verilib: “Albaniya dövrünə aid olan və hazırda yaşayış sahəsindən xeyli uzaqlıqda, əhalisini tamamilə azərbaycanlılar təşkil edən Əmbərçay kəndi ərazisində yerləşən Kürmük məbədi ölkə əhəmiyyətli tarixi abidədir. Kürmük məbədi 1892-ci ildə çar Rusiyası tərəfindən alban kilsəsinin bazası əsasında rus kilsəsi kimi bərpa edilib. Yerli əhali tərəfindən ziyarətgah kimi qəbul edilən və bir neçə il öncə təmir olunmuş kilsəyə ildə iki dəfə - may və noyabr aylarında mərasim keçirmək üçün insanlar toplaşırlar. Mərasimə gələnlərin əksəriyyətini yerli, müsəlman azərbaycanlılar təşkil edir. Qax rayonundakı təpələrdən birində yerləşən məbəd erkən orta əsr alban məbədlərindən biridir və öz adını eyniadlı çaydan götürüb. Qədim dövrlərdən bu günə qədər insanlar Kürmük dağında qeyri-adiliyi ilə seçilən böyük qara daşı ziyarət edirlər”.
Kürmük məbədi Azərbaycan multikulturalizmi modelini öyrənən tələbələrin dərin marağına səbəb olub.
Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev rayondakı Heydər Əliyev Mərkəzində qış məktəbinin iştirakçılarını müxtəlif dini və etnik qrupların həmrəylik və qardaşlıq şəraitində yaşadığı bir məkanda salamlamaqdan məmnun olduğunu bildirib. İcra Hakimiyyətinin başçısı öncə tələbələrə Heydər Əliyev Mərkəzinin yaranması və fəaliyyəti ilə bağlı məlumat verib: “Qaxdakı Heydər Əliyev Mərkəzinin açılış mərasimi cənab Prezident İlham Əliyevin iştirakı ilə 2013-cü ildə gerçəkləşib. Mərkəzdə Ulu öndər Heydər Əliyevin irsinin tədrisi ilə bağlı mütəmadi tarix dərsləri, eləcə də rayonda keçirilən dövlət səviyyəli rəsmi tədbirlər, xaricdən gələn qonaqların qarşılanması mərasimləri təşkil olunur”.
Musa Şəkiliyev tələbələrə rayonun etnik tərkibi haqqında söz açıb: “Biz çox şadıq ki, IV Beynəlxalq multikulturalizm məktəbinin proqramına fərqli dinin nümayəndələrinin və müxtəlif etnik qrupların əsrlərdir dostcasına, qardaşcasına yanaşı yaşadığı Qax rayonu ilə tanışlıq da daxil edilib. Qax rayonunda yaşayan əhali tərkibinin 83 faizini azərbaycanlılar, 14 faizini gürcülər, 2 faizini saxurlar və 1 faizini digər azsaylı xalqların nümayəndələri təşkil edir. Qax tarixi və mədəniyyət baxımından Azərbaycanın multikultural bölgələrindəndir. Müsəlman əhalinin say baxımından üstünlük təşkil etdiyi rayonda xristianlıq və digər dinlərə etiqad edənlərin həmrəy şəkildə yaşaması bir daha Azərbaycandakı İslam həmrəyliyinin həm də digər dinlərə olan sayğı, ehtiram əsasında formalaşdığını önə çəkir. Ümidvaram ki, beynəlxalq multikulturalizm qış məktəbinin iştirakçıları rayonumuzdan zəngin təəssüratlarla, xoş xatirələrlə ayrılacaqlar”.
Qaxdakı Heydər Əliyev Mərkəzində tarix elmləri üzrə fəlsəfə doktoru, arxeoloq alim Ceyhun Eminli tələbələrə “Qafqaz Albaniyasının tarixi və irsi” mövzusunda mühazirə oxuyub. Yerli Qax gənclərinin də qatıldığı mühazirədə alim vurğulayıb ki, çoxsaylı yunan-Roma yazılı tarixi mənbələrində - Strabon, Ptolomey, Elian və Böyük Plininin əsərlərində öz əksini tapdığına görə, Qafqaz Albaniyası eramızın əvvəllərindən VIII əsrin əvvəlinədək cənubda Araz çayından şimali Qafqazadək, şərqdə Xəzər dənizinin qərb sahilindən Göyçə gölündən qərbdə yerləşən torpaqlaradək geniş bir sahəni əhatə edən ölkəmizdəki ilk dövlət quruluşudur: “Burada qədim dövrlərdə maldarlıq, əkinçilik və sənətkarlıqla məşğul olan müxtəlifdilli tayfalar yaşayıb. Bunlar içərisində saklar, qarqarlar, quzlar, suranlar, şirvanlar kanqarlar, hunlar, şamaklar, muğlar, türklər və digər türkdilli tayfalar üstünlük təşkil ediblər”.
Ceyhun Eminli Qafqaz Albaniyası dövrünə aid şəxsən özünün iştirakı və rəhbərliyi ilə aparılmış arxeoloji qazıntılar haqqında bilgiləri və foto-slaydı qış məktəbi iştirakçılarının diqqətinə çatdırıb.
Arxeoloq alim mühazirədə Qafqaz Albaniyasının dini tərkibi, burada xristianlıq dininin yayılması, qədimdən mövcud olan tapınaqların üzərində müxtəlif xristian abidələrinin - kilsə, monastır və məbədlərin inşası ilə bağlı məlumat verib. Mühazirəçi Qafqaz Albaniyası dövründə sözügedən dövlətin dünya ticarət ələqələrindəki iştirakı və rolu, antik dünyanın Qafqaz Albaniyasına təsiri, buradakı dəfn adətləri, inşaat texnikası, pul dövriyyəsi sistemi və sair haqqında söz açıb: “Sadalanan faktlar sübut edir ki, Qafqaz Albaniyasında sənətkarlığın müxtəlif sahələri yüksək inkişaf edib və bütün bunlar vahid Albaniya mədəniyyətinin formalaşmasına təsir göstərib”.
Sonda alim tələbələrin mövzu ilə bağlı suallarını cavablandırıb.
Günün ikinci yarısında qış məktəbi iştirakçılarının Qaxa ekskursiyası təşkil edilib. Tələbələr Sumux qalasında, Səngər Qalada, şəhər məscidində, Qax rayon Tarix Diyarşünaslıq Muzeyində olublar.
Xəbər lenti
Hamısına baxDünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41

