IV Beynəlxalq multikulturalizm məktəbinin iştirakçıları Oğuzda
18.02.2017 [10:04]
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: İslam həmrəyliyi bizə nə verir?” adlı IV Beynəlxalq multikulturalizm qış məktəbi fevralın 17-də fəaliyyətini davam etdirib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Rus Pravoslav Kilsəsinin Bakı-Azərbaycan Yeparxiyasının katibi keşiş Mefodiy və Qafqaz Müsəlmanları İdarəsinin Şəki-Oğuz bölgə qazisi Hacı Kamran Məmmədovun da iştirak etdiyi toplantıda Portuqaliyanın Lusofona Universitetinin Dinşünaslıq Departamentinin müdiri professor Paulo Pintonun “Dinlərarası dialoq” və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədlinin “Azərbaycandakı dini müxtəliflik” mövzusunda mühazirələri dinlənilib.
Mühazirələrdə Azərbaycan ərazisində qədim zamanlardan bəri müxtəlif dini etiqadların təşəkkül tapdığı diqqətə çatdırılıb: “Azərbaycan ərazisində dini təsəvvür və əqidələr ən qədim zamanlardan mövcuddur. Qədim azərbaycanlılar arasında əcdadların ruhlarına, qayalara, ağaclara, müxtəlif təbiət hadisələrinə və xüsusən də səma cisimlərinə pərəstiş güclü olub. Atəşpərəstlik də bu təsəvvürlərlə bağlı inanclar zəminində meydana çıxıb. Oda pərəstiş, xüsusilə, Cənubi Azərbaycanda geniş vüsət almışdı. Novruz bayramı ilə günümüzədək gəlib çatan od ayin və mərasimləri Azərbaycanda Atəşpərəstliyin güclü ənənələri olduğunu göstərir. Atəşpərəstlərin məbədi “Atəşgah” adlanır. Azərbaycan ərazisində Atropatenanın dini mərkəzi Qazakada, Bakı, Şamaxı, Salyan və Lənkəranda atəşgahlar olub. Suraxanıdakı atəşgah Hindistandan gələn atəşpərəstlərə xidmət üçün XVIII əsrdə tikilib. Qafqaz Albaniyasında Atəşpərəstlik Xristianlıq tərəfindən təqibə məruz qalsa da, mövcudluğunu qoruyub saxlaya bilib.
Azərbaycanda geniş yayılmış dinlərdən biri də Zərdüştilik olub. Zərdüştilik vəhy dinlərinin ən qədimi hesab olunur. Qədim yunan və orta əsr müsəlman tarixçiləri, həmçinin bir çox sonrakı tədqiqatçılar Azərbaycanı Zərdüştiliyin vətəni hesab edirlər.
Azərbaycan tarixində özünəməxsus yeri olan dinlərdən biri də İudaizmdir. Ölkəmizdə üç yəhudi icması mövcuddur: dağ yəhudiləri, Avropa yəhudiləri (aşkenazilər) və Gürcüstan yəhudiləri. Bunlardan ən qədimi dağ yəhudiləri sayılır. Məlumata görə, dağ yəhudiləri buraya Sasani hökmdarı I Xosrov Nuşirəvan tərəfindən köçürülüblər. Avropa və gürcü yəhudiləri isə, Azərbaycana təxminən 200 il əvvəl XIX əsrdə gəlməyə başlayıblar. Tarixən Azərbaycan xalqı burada yaşayan yəhudilərə müsbət yanaşıb, dünyada antisemitizmin tüğyan etdiyi dövrlərdə belə onlara doğma münasibət göstərib. Hazırda paytaxt Bakı daxil olmaqla, Quba və Oğuz şəhərlərində 7 sinaqoq fəaliyyət göstərir. Onlardan 6-sı Dağ yəhudilərinə, 1-i isə Avropa və Gürcüstan yəhudilərinə aiddir.
Azərbaycanda xristianlıq yeni eranın ilk əsrlərində yayılmağa başlayıb. Qafqaz Albaniyasında xristianlığı ilk dəfə yayan apostol Faddey olub. Onun missiyasını sonra şagirdi Yelisey davam etdirib. Yelisey Aqvanın Qis adlı yerində (Şəkinin Kiş kəndi) Qafqazın ilk xristian məbədini inşa etdirib. Qaynaqlarda bu məbəd “Şərq kilsələrinin anası” adlandırılır. IV əsrdən başlayaraq Qafqaz Albaniyasında Xristianlığın yayılması yeni mərhələyə qədəm qoyub. 313-cü ildə Roma imperatoru Konstantin Xristianlığa etiqad üzərindən qadağanı götürdükdən sonra Alban hökmdarı Urnayr Xristianlığı dövlət dini elan edib. VII əsrdə ərəblərin Azərbaycana gəlişindən və Qafqaz Alban dövlətinin süqutundan sonra Xristianlıq bölgədə zəifləməyə başlayıb. Hazırda Azərbaycanda 13 kilsə fəaliyyət göstərir.
Ərəblərin ölkəyə gətirdiyi yeni monoteist din - İslam xalqımızın milli-mənəvi tarixində və mədəniyyətində əhəmiyyətli rol oynayıb. İslamın Azərbaycanda yayılması bir neçə mərhələni əhatə edib. Birinci mərhələ kimi VII əsrin ortalarından VIII əsrin əvvəllərinə qədər davam edən islam fütuhatları dövrünü götürmək olar. Bu mərhələ 705-ci ildə Alban dövlətinin süqutu və Alban kilsəsinin öz müstəqilliyini (avtokefallığını) itirməsi ilə bitir. Bu mərhələnin sonunda islam Azərbaycanda hakim din olur. İkinci mərhələ VIII əsrin əvvəllərindən Qərbi İranda və İraqda Büveyhilərin hakimiyyət başına gəlməsinə qədərki dövrü əhatə edir. Azərbaycan ərazisində müstəqil Şirvanşah Məzyədilər və Səcdilər dövlətləri yaranır. Bütpərəstlik, zərdüştilik əhəmiyyətini itirir, yəhudilik mövcudluğunu qoruyub saxlayır. Üçüncü mərhələdə mötədil şiəlik Azərbaycanda yayılmağa başlayır və Dərbəndə qədər gedib çıxır. Sünni hənəfi və şiə imami məzhəbləri aparıcı məzhəblər olurlar. Sufilik də özünə xeyli ardıcıllar tapır. Bu dövrün ən gözəl sufi abidələrindən biri Şirvandakı Pirsaat çayı üzərindəki xanəgahdır. Dördüncü mərhələ Səlcuqilər dövrü (XI əsrin ortaları - XIII əsrin ortaları) ilə bağlıdır. Bu mərhələdə sünnilik bölgədə güclənir, şiəliyin mövqeləri zəifləyir. Şafii məzhəbi aparıcı məzhəb olur. Sufi təriqətləri geniş yayılır. Azərbaycan Atabəyləri və Şirvanşahlar islamı xristianların təzyiqindən qoruya bilirlər. Beşinci mərhələ monqol istilaları dövrünü (XIII əsrin I yarısı - XV əsrin II yarısı) əhatə edir. Bu dövrdə sufilik geniş yayılır. Hürufilik güclənir. Altıncı mərhələ Səfəvilərin və XVI əsrdən etibarən Osmanlıların hakimiyyəti dövrü ilə bağlıdır.
Azərbaycanın Rusiya imperiyasına ilhaq edildikdən sonra Cənubi Qafqazda 2 müsəlman inzibati orqanı - müftinin başçılığı ilə Sünni ruhani idarəsi (müftilik) və şeyxülislamın sədrliyi altında Şiə ruhani idarəsi (şeyxülislamlıq) yaradıldı. Azərbaycan Demokratik Respublikası yaranana qədər Cənubi Qafqaz müsəlmanlarının dini işləri bu iki idarə tərəfindən tənzimlənib.
SSRİ dağıldıqdan sonra Azərbaycan din sahəsində yeni mərhələyə adlayıb. Ölkəmizdə dinin təbliğinə və yayılmasına şərait yaradılıb, bütün dinlərin və etiqadların qanun qarşısında bərabərliyi Konstitusiyada təsbit olunub. Ulu öndər Heydər Əliyevin Prezidentliyi dövründə bir çox dini-tarixi abidələr bərpa və restavrasiya edilib, dini maarifçilik işinə xüsusi diqqət göstərilib. Bu iş hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
Nicat Məmmədli Azərbaycanda adıçəkilən dinlərlə yanaşı digər azsaylı dini icmaların da qeydiyyatdan keçərək fəaliyyət göstərdiyini vurğulayıb.
Professor Paulo Pinto dinlərarası dialoqun dünyada bəzi separatçı qruplaşmaların dini və milli amillərdən istifadə edərək qarşıdurmalar yaratdığı, terror törətdiyi, qətliamlar həyata keçirdiyi müasir zamanda bəşər sivilizasiyasının müxtəlif mədəniyyətlərin qorunmasının, sülhün və əmin-amanlığın bərqərar olması üçün dinlər və mədəniyyətlər arasında dialoqun yaranmasının böyük əhəmiyyət kəsb etdiyini bildirib. Mühazirəçi, həmçinin Azərbaycanın həmişə sülhpərvər mövqe nümayiş etdirməsindən, dinlərarası dialoqa verdiyi töhfələrdən söz açıb.
Mühazirədə qış məktəbi iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Günün ikinci yarısında IV Beynəlxalq multikulturalizm qış məktəbinin iştirakçıları Oğuz rayonuna səfər ediblər, buradakı “Yəhudi məhəlləsi”ndə yerli yəhudi icmasının nümayəndələri ilə görüşüblər, Yuxarı və Aşağı məhəllə sinaqoqlarını ziyarət ediblər.
Xəbər lenti
Hamısına baxDünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42

