Baş redaktorlar mətbuatı məsuliyyətli olmağa, erməni təxribatına uymamağa çağırırlar
01.03.2017 [10:05]
“Mənim mövqeyim ondan ibarətdir ki, indiki şəraitdə bu sayaq məsələləri mətbuatda yaymazdan əvvəl Müdafiə Nazirliyi ilə məsləhətləşmək daha vacibdir. Bu gün bu xəbər yayıldı, sabah buna bənzər başqa görüntülər də yayıla bilər. Bu görüntülərin nə dərəcədə dəqiq olması gündəmə gələ bilər. Bu məsələlərdə Azərbaycan jurnalistləri kifayət qədər ehtiyatlı olmalıdırlar. Jurnalistlər faktları dəqiqləşdirmək üçün Müdafiə Nazirliyinin mətbuat xidməti ilə mütləq əlaqə saxlamalı, onlarla məsləhətləşməlidirlər”.
Bunu APA-ya açıqlamasında Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov cəbhə xəttində baş verənlər barədə erməni mənbələrinin yaydığı məlumat, foto və videoların Azərbaycan resurslarında işıqlandırılmasına münasibət bildirərkən deyib.
Ə.Amaşov bildirib ki, düşmən ayıqdır, bu hadisələrlə bağlı Ermənistan və Azərbaycan ictimaiyyəti üçün kifayət qədər çaşdırıcı məlumatlar, görüntülər yaya bilər.
“İndiki şəraitdə cəbhədə top-tüfəng nə dərəcədə əhəmiyyətlidirsə, media da ictimaiyyətimiz üçün o dərəcədə vacibdir. Müharibələr informasiya müstəvisində başlayır, sonra silahlara keçir. Ona görə də birmənalı qaydada bu məsələləri diqqətdə saxlamalıyıq. Son olaylarda, çox təəssüf ki, bəzi kütləvi informasiya vasitələri, əsasən də internet üzərindən yayımlanan media vasitələri cəmiyyətə yanlış informasiya verdi, Ermənistan tərəfindən yayılmış xəbərləri yaydı. Bu, qəbul olunan hal deyil”, - deyə Ə.Amaşov vurğulayıb.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törədərək aprel döyüşlərində itirdikləri mövqeləri qaytarmağa cəhd ediblər. Lakin düşmən ordusu Azərbaycan Ordusunun şücaəti və qətiyyəti qarşısında geri çəkilməyə məcbur olub.
Ordumuzun hərbi qulluqçularının düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olduqlarını diqqətə çatdıran millət vəkili əlavə edib ki, təəssüflər olsun ki, erməni mənbələrinin Azərbaycan informasiya məkanına düşünülmüş şəkildə ötürdüyü informasiyalar mediada və sosial şəbəkələrdə məhz ermənilərin maraqlarına cavab verən şəkillər və videoroliklər üzərindən şərh edilir: “Bu, əlbəttə ki, yolverilməzdir. Media nümayəndələri, sosial şəbəkə istifadəçiləri və bütövlükdə, hər bir Azərbaycan vətəndaşı bunun məsuliyyətini dərk etməlidir. Unutmaq olmaz ki, müharibə təkcə təmas xəttində, sərhəd bölgəsində deyil, həm də informasiya məkanında aparılır. Azərbaycan Ordusunun əldə etdiyi nailiyyətlərin informasiya məkanında təhrif olunmuş şəkildə - ölkəmizin milli mənafeyinə uyğun olmayan formada öz əksini tapması arzuolunmaz haldır”.
“Sosial şəbəkələrdə əksini tapan bu tipli müxtəlif xarakterli şəkillərin, yaxud “əl-ələ verdilər, şəhid oldular” kimi informasiyaların yayılması ermənilər tərəfindən Azərbaycan informasiya məkanına qarşı edilmiş informasiya diversiyasının tərkib hissəsidir. Buna görə də bütün media mənsubları, sosial şəbəkə istifadəçiləri və hər bir Azərbaycan vətəndaşı bu məsələdə soyuqqanlılıq və professionallıq nümayiş etdirməlidir. Hərbi sahədə əldə etdiyimiz nailiyyətləri informasiya müstəvisində gözdən salmağa mənəvi haqqımız yoxdur. Unutmaq olmaz ki, hər bir media mənsubu da, sosial şəbəkə istifadəçisi də hər şeydən öncə Azərbaycan vətəndaşıdır və üzərində vətəndaşlıq məsuliyyəti və vəzifəsi vardır. Bunu unutmamalı, informasiya məkanımızı ermənilərin hərbi-psixoloji diversiya platformasına çevirməməliyik”, - deyə Hikmət Babaoğlu vurğulayıb.
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev də hesab edir ki, bir neçə gün öncə Qarabağ cəbhəsində növbəti erməni təxribatçı-diversiya qrupunun qarşısını alarkən qəhrəmancasına şəhid olan zabit və əsgərlərimizin nəşinin videogörüntülərinin Ermənistan KİV-inin ardınca Azərbaycanın bir sıra sayt və portallarında da yayılması yolverilməzdir.
Baş redaktorun sözlərinə görə, ilk növbədə belə hallara yol verən mətbu orqanlar barəsində müvafiq strukturlar, eyni zamanda, Mətbuat Şurası tərəfindən ciddi ölçü götürülməlidir: “Ermənistan tərəfi növbəti dəfə yalanlar uyduraraq, hər vəchlə sübut etməyə cəhd edir ki, guya Azərbaycan Ordusunun əsgərləri təxribata əl ataraq ermənilərin mövqelərinə hücum edib, cavab atəşləri nəticəsində neytral ərazidə həlak olublar. Hətta bunun üçün orada qalan zabit və əsgərlərimizin nəşinin geri qaytarılmasını ləngidiblər ki, özlərinə lazım olan videoçəkilişləri reallaşdırsınlar. Belə olan halda, tirajlanan videoçəkilişlərin sonradan Azərbaycan sayt və portallarında yer alması bilavasitə erməni işğalçılarının dəyirmanlarına su tökmək anlamını daşıyır. Eyni zamanda, ermənilər onların videoçəkilişlərini yayan azərbaycanlılar vasitəsilə öz istəklərini reallaşdırmış olurlar. Sual olunur, nəyə görə erməni mətbuatında yayımlanan video bu gün Azərbaycan mediasında da yayımlanır və bu barədə düşmən mətbuatında fikirlər qeyd olunur?”
B.Quliyev qeyd edib ki, ötən ilin aprel müharibəsində, eləcə də öncəki bənzər hallarda da bir çox media orqanında və sosial şəbəkələrdə eyni əməllərə yol verilib.
Baş redaktor əlavə edib ki, belə mətbuat nümayəndələri düşmənə sərf edən məlumatları tirajlamaqdansa, yaxşı olardı ki, vətənpərvərlik və ruh yüksəkiliyi yaradan materiallarla çıxış etsinlər.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21

