Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Salaam Şalom Qardaşlığı” təşkilatının nümayəndələri ilə görüş keçirilib

“Salaam Şalom Qardaşlığı” təşkilatının nümayəndələri ilə görüş keçirilib

08.03.2017 [12:03]

ABŞ-ın müxtəlif ştatlarında çoxsaylı tədbirlər təşkil edən “Salaam Şalom Qardaşlığı” antisemitizm və islamafobiyaya qarşı mübarizə aparan yəhudi və müsəlman qadınlardan ibarət təşkilatın üzvləri Azərbaycanda səfərdədirlər.
AZƏRTAC xəbər verir ki, martın 7-də Hökumət Evinin konfrans zalında “Salaam Şalom Qardaşlığı” təşkilatının nümayəndə heyətinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə görüşü keçirilib.
Tədbirdə, təşkilatın nümayəndələri ilə bərabər, Azərbaycan Respublikası Milli Məclisinin Sədrinin müavini Bahar Muradova, Konstitusiya Məhkəməsinin sədr müavini Sona Salmanova, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Südabə Həsənova, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Milli Televiziya və Radio Şurasının üzvü Sona Vəliyeva iştirak edib.
Görüşdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova tədbir iştirakçılarını salamlayaraq, qonaqlara Azərbaycanda dövlət ailə, qadın və uşaq siyasəti istiqamətində həyata keçirilən tədbirlər və layihələr barədə məlumat verib. Komitənin sədri bildirib ki, ölkəmizdə qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi, məişət zorakılığının qarşısının alınması, qadın sahibkarlığının inkişaf etdirilməsi məqsədilə mühüm dövlət sənədləri imzalanıb. Ölkə başçısının diqqət və qayğısı nəticəsində Azərbaycan qadınları müxtəlif sahələrdə layiqli şəkildə təmsil olunurlar. Bu gün qadınlarımızın əldə etdiyi yüksək nailiyyətlər görülən işlərin mühüm göstəricisidir.
Hicran Hüseynova bildirib ki, Azərbaycan multikultural dövlətdir, ölkəmizin müxtəlif bölgələrində yaşayan bütün xalqların, milli azlıqların adət-ənənələrinə hörmətlə yanaşılır və onların rahat yaşayışının təminatı üçün mühüm işlər həyata keçirilir, onların dini ayinlərini sərbəst icra etmələri üçün hər bir şərait yaradılıb.
Qeyd edilib ki, Dövlət Komitəsinin nəzdində 11 Uşaq və Ailələrə Dəstək mərkəzləri fəaliyyət göstərir, mərkəzlər tərəfindən müvafiq məsələlər ilə müraciət edən hər bir vətəndaşın probleminin həlli istiqamətində işlər görülür.
“Salaam Şalom Qardaşlığı” təşkilatının nümayəndəsi xanım Şeril Olitzkiy təşkilatın məqsədi və görülən işlər haqqında məlumatı görüş iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, təşkilatın əsas məqsədlərindən biri xalqlar arasında sülhü yaymaqdır.
Şeril Olitzkiy Azərbaycanda həqiqətən də plüralist bir cəmiyyətin mövcud olduğunu qeyd edib. Azərbaycan dünya dövlətləri üçün öz multikultural dəyərləri, tolerantlığı ilə bir örnəkdir. Burada müxtəlif dinlərin, xalqların nümayəndələri bir ailə kimi yaşayırlar, bir-birilərinə hörmət və qayğı ilə yanaşırlar.
Təşkilatın digər nümayəndələri də çıxışlarında İslamın müasirliklə vəhdət təşkil etdiyini, İslamda qadına, ailəyə verilən önəmdən bəhs ediblər, eyni zamanda Azərbaycanla təcrübə mübadiləsinin aparılmasında maraqlı olduqlarını ifadə ediblər.
Milli Məclis sədrinin müavini Bahar Muradova Azərbaycan Respublikasının qanunvericiliyində dinindən, cinsindən, irqindən asılı olmayaraq hər bir kəs üçün bərabər hüquq və azadlıqların təmin olduğunu bildirib. Konstitusiya Məhkəməsinin hakimi Südabə Həsənova Azərbaycanda qadın hakimlərin sayı və fəaliyyəti barədə məlumat verib. Milli Televiziya və Radio Şurasının üzvü Sona Vəliyeva kütləvi informasiya vasitələri haqqında qanun və ona nəzarət barədə məlumatları diqqətə çatdırıb.
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycanda təhsil sahəsində gender bərabərliyindən danışıb. Bildirib ki, ölkəmizdə qadınlar və kişilərin təhsil almaq sahəsində hüquqları bərabərdir.
Görüşdə Azərbaycan xalqına xas olan tolerantlıq, multikultural və ailə dəyərləri, qadın hüquqlarının müdafiəsi, gender bərabərliyi, qadın sahibkarlığının inkişaf etdirilməsi və digər mövzular ətrafında müzakirələr aparılıb. Eyni zamanda ikitərəfli əməkdaşlığın genişləndirilməsi, maarifləndirmə tədbirlərinin keçirilməsi və gələcək layihələr müzakirə olunub.

Paylaş:
Baxılıb: 572 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31