/ / “Azərbaycan multikulturalizmi modelinin tədqiqi, təbliği və tədrisi sahəsində qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib
“Azərbaycan multikulturalizmi modelinin tədqiqi, təbliği və tədrisi sahəsində qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib
11.03.2017 [10:41]
Martın 10-da Bakı Mühəndislər Universitetində (BMU) “İslam Həmrəyliyi İli” çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) və BMU-nun “Azərbaycan multikulturalizmi” Elm-Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan multikulturalizmi modelinin tədqiqi, təbliği və tədrisi sahəsində qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib.
BBMM, Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, AMEA-nın Fəlsəfə İnstitutunda yaradılmış Azərbaycan multikulturalizmi şöbəsi, “Multikulturalizm” jurnalı və Yaradıcılıq Fondunun əməkdaşları, ölkə ali məktəblərində - Bakı Slavyan Universitetində, Azərbaycan Aqrar Universitetində və Azərbaycan Texnologiya Universitetində yaradılmış “Azərbaycan multikulturalizmi” kafedralarının rəhbərləri və təmsilçiləri, eləcə də Gəncə, Sumqayıt, Lənkəran, Naxçıvan, Mingəçevir dövlət universitetlərində, o cümlədən Bakıda fəaliyyət göstərən dövlət və qeyri-dövlət ali təhsil müəssisələrində “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənlərini tədris edən professor-müəllim heyətinin iştirak etdiyi tədbiri Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi Seyfəl Həsənov açaraq müşavirəyə qatılan hər kəsə minnətdarlığını ifadə edib və iştirakçılara Dövlət müşaviri, akademik Kamal Abdullayevin salamlarını çatdırıb: “Multikulturalizmin ölkəmizdə dövlət siyasətinin tərkib hissəsi kimi başa düşülməsi, multikultural dəyərlərin təkcə məişət, gündəlik həyat səviyyəsində deyil, həm də hüquqi səviyyədə, konstitusiya səviyyəsində təsbit olunması, dünyanın məhz milli və dini münaqişələr bataqlığında çabaladığı bir vaxtda Azərbaycanda mövcud olan, bir çox əcnəbi müsafirlərimizə qeyri-adi bir hal kimi görünən millətlərarası, dinlərarası, mədəniyyətlərarası anlaşma, qarşılıqlı hörmət prinsiplərinə əsaslanan tərəfdaşlıq münasibətləri, bütün millətlərə və dinlərə eyni səviyyəli siyasi münasibət xalqımızın minilliklər boyu topladığı tarixi birgəyaşayış təcrübəsinin məhsulu, bizim ümumi sərvətimizdir.
“Multikulturalizm İli”nin nəticələri, “İslam Həmrəyliyi İli” çərçivəsində indiyə qədər görülmüş işlər bir daha sübut edir ki, cəmiyyətimiz bu prosesdə fəal iştirak edir. Dövlət qurumları, qeyri-hökumət təşkilatları və ictimaiyyət dövlət başçısının ideyalarını, Onun qarşımıza qoyduğu hədəfləri əzmlə həyata keçirirlər”.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi, professor Etibar Nəcəfov tədris prosesinin elmi-metodiki təminatı ilə bağlı fikirlərini bölüşərək bildirib ki, tədris prosesində metodik vəsaitlərə, metodik tövsiyələrə, mövzu ilə bağlı nəşrlərə, Azərbaycanda müxtəlif etnik, dini, mədəni qrupların həyat tərzinə həsr olunmuş videomateriallara tələbat var. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nəşrləri bu sahədəki boşluğu doldurmağa xidmət edəcək: “İnanırıq ki, bu sahədə səmərəliliyin daha da artırılması, tədris sahəsində elmi-metodiki vəsaitlərlə təminatın həyata keçirilməsi üçün “İslam Həmrəyliyi ili”ndə işlək mexanizmlər yaradılması, fəaliyyətinin daha da genişlənməsi üçün burada adı çəkilən qurumlar əməkdaşlıq edəcək və birgə fəaliyyət göstərəcək”.
Azərbaycan Texniki Universitetinin dosenti Eyyub Kərimov “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənlərinin tədrisinə ayrılan mövzulara əlavə və dəyişikliklərin edilməsi təklifləri ilə çıxış edib.
BBMM-in şöbə müdiri Sərxanbəy Xuduyev təmsil etdiyi qurumun layihələri haqqında ətraflı məlumat verib. O daha sonra deyib ki, hazırda dünyanın 15 aparıcı ali təhsil müəssisəsində, eləcə də 40-dan artıq Azərbaycan universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris olunur və bu ildən İsveç, Misir, İsrail və Litva universitetlərində də bu fənnin tədrisinə başlanılacaq.
Təhsil Nazirliyinin sektor müdiri Afət Sadıqova, Bilik Fondunun şöbə müdiri Hacı Abdulla, AMEA-nın Fəlsəfə İnstitutunun “Azərbaycan multikulturalizmi” şöbəsinin əməkdaşı Elsevər Səmədov, “Multikulturalizm” jurnalının baş redaktoru Fəxri Uğurlu, Yaradıcılıq Fondunun aparat rəhbəri Qismət Rüstəmov, “Kultura plyus” internet televiziyasının əməkdaşı Nadir Bədəlov “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənlərinin tədrisi prosesinin səmərəliliyinin artırılması, tədris keyfiyyətinin yüksəldilməsi istiqamətində hər biri təmsil etdikləri qurumların əməkdaşlığa, bununla bağlı təklif və müzakirələrə açıq olduqlarını, lazımi dəstəyi göstərməyə hazır olduqlarını qeyd ediblər.
Müşavirədə Azərbaycan İqtisad Universiteti, Azərbaycan Aqrar Universiteti və Lənkəran Dövlət Universiteti təmsilçiləri “Azərbaycan multikulturalizmi” fənninin tədrisi ilə bağlı təqdimatlar ediblər.
Müşavirənin gedişində professor-müəllim heyətinin mövzu ilə bağlı çoxsaylı sualları cavablandırılıb, təklif və mülahizələr dinlənilib.
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

