Birinci Bakı Beynəlxalq Su Həftəsində 40-a yaxın ölkədən nümayəndələr iştirak edəcək
14.03.2017 [09:36]
Martın 14-18-də Bakı şəhərində “Su nəinki həyat mənbəyidir, hətta həyatın özüdür” devizi altında Birinci Bakı Beynəlxalq Su Həftəsi keçiriləcək.
“Azərsu” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, BMT-nin “Davamlı İnkişaf Məqsədləri-2030” hədəflərindən biri olan “Təmiz su və sanitariya” hədəfini dəstəkləyən Beynəlxalq Su Həftəsi çərçivəsində keçiriləcək tədbirlər qlobal miqyasda əsas çağırışlardan sayılan insanların keyfiyyətli və davamlı olaraq sudan istifadəsinin təmin edilməsi, su çatışmazlığı ilə bağlı təhdidlərin aradan qaldırılması, ətraf mühit və iqlim dəyişiklikləri kimi məsələlərin ətraflı və çoxşaxəli müzakirəsi, çıxış yollarının müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Birinci Bakı Beynəlxalq Su Həftəsi çərçivəsində Dünya Su Şurası İdarə Heyətinin 61-ci Toplantısı, 8-ci Dünya Su Forumunun Beynəlxalq Aparıcı Komitəsinin 4-cü iclası baş tutacaq, eyni zamanda Şollar-Bakı Su təchizatı Qurğuları Kompleksinin istismara verilməsinin 100 illik yubileyi qeyd olunacaq. Su həftəsi çərçivəsində keçirilən tədbirlərə dünyanın 40-a yaxın ölkəsindən, beynəlxalq təşkilatlardan, işgüzar dairələrdən nümayəndələrin qatılması bu mötəbər tədbirə marağın yüksək olduğunu göstərir.
Həftə çərçivəsində Şollar-Bakı Su Qurğuları Kompleksinin 100 illiyi ilə əlaqədar “Azərsu” ASC və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə “Su ehtiyatları, hidrotexniki qurğular və ətraf mühit” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək. Konfransda “Şollar su kəməri - dayanıqlı və etibarlı su təchizatı sistemi”, “Qədim tarixi su qurğuları”, “Müasir su təchizatı sistemləri: inkişaf, innovasiya və nailiyyətlər”, “İqlim dəyişikliyi, ətraf mühit və su təhlükəsizliyi” mövzularında sessiyalar təşkil ediləcək.
Yubiley tədbirləri çərçivəsində Şollar-Bakı Su Qurğuları Kompleksi barədə foto və rəsm sərgiləri keçiriləcək, “Azərsu” ASC və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdiyi “Şollar-Bakı su qurğuları kompleksi - 100 il: əbədi həyat mənbəyi” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanacaq.
Həftə müddətində xarici qonaqların Şollar Su mənbəyinə, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə, Heydər Əliyev mərkəzinə səfərləri təşkil olunacaq. Həftənin sonuncu günü, martın 18-də Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi ərazisində xarici qonaqların iştirakı ilə ağacəkmə aksiyası keçiriləcək.
Birinci Bakı Beynəlxalq Su Həftəsi Azərbaycan xalqının milli bayramlarından olan və UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş Novruz Bayramı ərəfəsinə təsadüf edildiyindən ölkəmizə gələn qonaqlar Azərbaycan milli mədəniyyətinin nümunələri ilə yaxından tanış olmaq imkanı da qazanacaqlar.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18

