Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Qovuşan dəyərlər” sosial çarxının təqdimat mərasimi keçirilib

“Qovuşan dəyərlər” sosial çarxının təqdimat mərasimi keçirilib

14.03.2017 [09:39]

Nərimanov rayonunda yerləşən Expo Oteldə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VIII qrant müsabiqəsinin qalibi, Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının məsləhətçisi Nərminə Yunusovanın rəhbəri olduğu “Qovuşan dəyərlər” sosial çarxının təqdimat mərasimi keçirilib. “Qovuşan dəyərlər” layihəsinin rəhbəri, YAP Nərimanov rayon təşkilatının məsləhətçisi Nərminə Yunusova çıxış edərək bildirib ki, Azərbaycan Respublikası çoxmillətli bir dövlətdir: “Azərbaycanda müsəlmanlarla yanaşı, başqa dinlərə mənsub olan vətəndaşlar da yaşayırlar. Azərbaycan müstəqil, demokratiya prinsiplərinə mənsub olan bir dövlət kimi öz ərazisində yaşayan bütün xalqlara, bütün millətlərə dinindən, dilindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq azadlıq, hürriyyət imkanları verir”.
Layihə rəhbəri qeyd edib ki, Azərbaycanda “Multikulturalizm İli”nin elan olunması və bu çərçivədə həyata keçirilən tədbirlər dünyaya bir mesaj, Azərbaycanın bu regionda rolunu müəyyən edən bir faktordur.
Tədbirdə YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev, QMİ-nin Qazilər Şurasının üzvü, Bibiheybət Məscidinin axundu Hacı Rahib Babayev, Rus İcmasının sədri Lidiya Hacıyeva Nikifirovna, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sektor müdiri Vüsalə Niftəliyeva, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nümayəndəsi Yadigar Məmmədli, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, YAP Nərimanov rayon Gənclər Birliyinin sədri Yusif Babanlı və digər çıxış edənlər bildiriblər ki, multikulturalizm xalqımızın tarix boyu formalaşan və inkişaf edən dəyərlər toplusu kimi həmişə mövcud olub. Bu gün isə reallıq odur ki, multikulturalizm Azərbaycan dövlətində əvəzi olmayan yaşam tərzinə çevrilib. Uğurlu dövlət siyasəti sayəsində Azərbaycanda multikulturalizmin yeni keyfiyyət mərhələsinə yüksəlməsi reallıqdır.
Layihənin sonunda iştirakçılar sertifikatla mükafatlandırılıb və xatirə şəkli çəkdirilib. Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun mailiyyə dəstəyi və YAP Gənclər Birliyi, YAP Nərimanov rayon təşkilatı və onun Gənclər Birliyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə reallaşdırılıb. “Qovuşan dəyərlər” sosial çarxını rejissor Cavanşir Eladisoy lentə alıb.

Paylaş:
Baxılıb: 528 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31