/ / Uilyam Lindley nəslinin nümayəndələri və elm adamları Xaçmazda Şollar su mənbəyi ilə tanış olublar
Uilyam Lindley nəslinin nümayəndələri və elm adamları Xaçmazda Şollar su mənbəyi ilə tanış olublar
15.03.2017 [10:08]
Martın 14-də Şollar-Bakı Su Təchizatı Qurğuları Kompleksinin layihə rəhbəri Uilyam Lindleyin nəslinin nümayəndələri, xarici qonaqlar, elm adamları və mütəxəssislərin Şollar su mənbəyinə, Taxtakörpü su anbarına, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə səfərləri təşkil olunub.
AZƏRTAC xəbər verir ki, səfər “Su nəinki həyat mənbəyidir, hətta həyatın özüdür” devizi altında Bakı şəhərində keçirilən I Bakı Beynəlxalq Su Həftəsi çərçivəsində Şollar-Bakı Su Təchizatı Qurğuları Kompleksinin 100 illik yubileyi münasibətilə təşkil olunub.
Xaçmaz rayonu ərazisində yerləşən Şollar su mənbəyi ilə tanış olan qonaqların diqqətinə çatdırılıb ki, Şollar-Bakı Su Təchizatı Qurğuları Kompleksi Abşeron yarımadasının içməli su təchizatı üçün yaradılan ilk infrastrukturdur. Kompleks 1911-1917-ci illərdə ingilis mühəndis Uilyam Lindleyin layihəsi əsasında inşa edilib. XIX əsrin sonu XX əsrin əvvəllərində ağır iqtisadi şəraitə, gərgin və ziddiyyətli siyasi proseslərə baxmayaraq, Şollar mənbəyindən Bakıya magistral su kəmərinin çəkilməsi mümkün olub. 1917-ci ildə su kəməri “müvəqqəti variant” əsasında istismara verilib. Sovet hakimiyyəti illərində layihə genişləndirilib və 1964-cü ildə kəmərin məhsuldarlığı maksimal həddə - saniyədə 1,27 kubmetrə çatdırılıb.
186 kilometr uzunluğu olan bu kəmər artezian üsulu ilə qazılan 24 quyu və lay sularından qidalanır. 100 il fasiləsiz olaraq Bakını su ilə təmin edən bu mənbənin məhsuldarlığı demək olar ki, dəyişməyib.
Bildirilib ki, Şollar-Bakı Su Qurğuları Kompleksinin 100 illiyi ilə əlaqədar su mənbəyində və kəmərin marşrutu boyu ərazilərdə bina və qurğularda əsaslı təmir, abadlıq və yaşıllaşdırma işləri aparılıb.
Lindleylər nəslinin nümayəndələri Deubner Eugen Josef və Francis William Nounton Lindley ulu babalarının xatirəsinə göstərilən ehtirama görə Azərbaycan hökumətinə təşəkkürlərini bildiriblər. Azərbaycana səfərin onlarda xoş təəssürat yaratdığını qeyd edən qonaqlar ulu babalarının Avropanın 30-dan çox şəhərində böyük su layihələrinin müəllifi olduğunu vurğulayıblar. Bu layihələrdən sonuncusu Şollar-Bakı Su Təchizatı Qurğularıdır.
Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi ilə tanış olan xarici qonaqlara kompleks haqqında geniş məlumat verilib. Bakı şəhəri və Abşeron yarımadasının keyfiyyətli və dayanıqlı içməli su təchizatına hesablanmış kompleks 2011-2015-ci illərdə tikilib. Məhsuldarlığı saniyədə 6,6 kubmetr olan kompleksdə 5 min 280 ədəd membran tipli süzgəc quraşdırılıb. Süzgəclərdə emal prosesi heç bir kimyəvi təmizlənmə aparılmadan mexaniki üsulla həyata keçirilir və istehlakçılara verilən suyun təbii mineral tərkibi tam qorunub saxlanılır. Kompleks 2016-cı ildə Əbu Dabidə keçirilən Qlobal Su Sammitində dünyanın ən önəmli su layihələrindən biri seçilib.
Qonaqlar Şollar su mənbəyi və Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə səfərin onlarda xoş təəssürat yaratdığını bildiriblər. Qeyd olunub ki, Azərbaycanda qədim su təchizatı qurğularına xüsusi diqqət göstərilməklə yanaşı, bu sahədə ən müasir texnologiyaların tətbiqinə geniş yer verilir.
Xəbər lenti
Hamısına baxSosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17

