/ / Bakı rayonlarının məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Naxçıvana yola düşüblər
Bakı rayonlarının məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Naxçıvana yola düşüblər
28.03.2017 [09:35]
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində martın 23-də Bakı şəhərinin Səbail, Sabunçu, Suraxanı, Nizami, Yasamal və Pirallahı rayonlarının məktəblərindən 160 şagird Naxçıvan Muxtar Respublikasına yola salınıb.
AZƏRTAC xəbər verir ki, şagirdlər martın 27-dək Naxçıvanın tarixi və mədəniyyət abidələri, adət-ənənələri ilə, bu qədim diyarın müasir simasını əks etdirən yerləri ilə tanış olublar.
Tur-aksiyanın əhəmiyyətindən danışan Sabunçu rayonundan olan qrup rəhbəri Məhəmməd Əsədov bildirib ki, məktəblilər indiyədək görmədikləri bölgələrimizdə olacaq, o yerləri daha yaxşı tanıyacaqlar. Bu, şagirdlərimizdə vətənpərvərlik hissinin yüksəlməsinə səbəb olacaq. Ona görə də layihənin bütün təşkilatçılarına, xüsusilə aksiyanın təşəbbüskarı olan Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk.
Suraxanı rayon İcra Hakimiyyətinin əməkdaşı Lamiyə Namazova qeyd edib ki, tur-aksiya gənclərin Vətənimizi daha yaxından öyrənməsində, onların dünyagörüşünün artmasında mühüm rol oynayacaq. Tur-aksiya şagirdlərin asudə vaxtlarını daha səmərəli keçirmələrinə kömək edəcək. Biz bu təşəbbüsə görə dövlətimizin başçısına minnətdarıq. Belə gözəl tədbirlərin gələcəkdə də davamlı olmasını arzulayırıq.
Sabunçu rayonunun 81 nömrəli tam orta məktəbinin şagirdi Nuranə Rzayeva sevincini belə ifadə edib: “Bu gün yoldaşlarımla birgə qədim Naxçıvana səyahət edəcəyimə görə çox sevinirəm. Gündən-günə gözəlləşən və inkişaf edən Naxçıvanı yaxından tanıyacağıq. İnşallah, növbəti turumuz doğma Qarabağımıza olar”.
Məktəbli Vüqar Məmmədov deyib: “Naxçıvanın qədim tarixi və abidələri haqqında kitablardan çox oxumuşam. Ancaq indiyə qədər haqqında oxuduqlarımı canlı görmək başqa hissdir. Bu layihə biz gənclər üçün çox mühüm əhəmiyyət kəsb edir”.
Yasamal rayonunun 329 nömrəli məktəbinin şagirdi Cənnət Cəfərzadə qeyd edib ki, Naxçıvanın görməli yerləri çoxdur. “Hüseyn Cavid məqbərəsi, Möminə Xatun türbəsi və “Əshabi-Kəhf” ziyarətgahı ilə tanış olacağam. Tur-aksiyanın biz məktəblilərin dünyagörüşünün artmasına səbəb olacağına inanıram. Əminəm ki, bu ekskursiya tarix dərsində öyrəndiklərimizi əyani şəkildə görməyimizə imkan yaradacaq”, - deyə o əlavə edib.
Digər şagirdlər də doğma Azərbaycanımızın ayrı-ayrı guşələrini gənc nəslə daha yaxından tanıtmaq məqsədilə reallaşan tur-aksiyanın təşkilinə və yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıq ediblər.
Sonra tur-aksiya iştirakçıları Heydər Əliyev Beynəlxalq Aeroportundan Naxçıvana yola salınıblar.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

