Bakı Atatürk Liseyində aprel şəhidlərinin xatirəsi anılıb
05.04.2017 [17:22]
Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyində ötən ilin aprel döyüşlərində Ermənistanın silahlı birləşmələrinin təxribatının qarşısının alınması zamanı şəhid olmuş hərbi pilot, mayor Təbriz Musazadənin və digər şəhidlərin anım mərasimi keçirilib. Mərasim iştirakçıları öncə şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.
Anım mərasimində çıxış edən Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində fəaliyyət göstərən Türk Dünyası İşlətmə fakültəsinin dekanı Fərruh Tuzcuoğlu aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdikləri təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən və qazanılan qələbədən danışıb. Bildirilib ki, dörd günlük döyüşdə düşmən Azərbaycan Ordusunun hərbi qüdrəti qarşısında vahiməyə düşdü.
Tədbirdə çıxış edən liseyin müdiri Hüseyn Demirel Azərbaycan hərbçilərinin döyüş meydanında misilsiz qəhrəmanlıqlar göstərdiklərini, düşmənə ağır zərbələr endirdiklərini bildirib. Qeyd olunub ki, aprel döyüşləri Azərbaycan Silahlı Qüvvələrinin hərbi qüdrətini nəinki Ermənistana, bütün dünyaya bir daha nümayiş etdirdi. Dünya Azərbaycan Ordusunun bu döyüşlərdə yüksək peşəkarlıq, qəhrəmanlıq göstərdiyinin şahidi oldu.
Aprel döyüşlərində şəhid olanların əziz xatirəsinin hər zaman uca tutulacağını deyən Hüseyn Demirel döyüşlər zamanı şəhid olan igidlərimiz arasında liseyin şagirdləri Tayfun Musazadə və Onur Musazadənin ataları mayor, pilot Təbriz Musazadənin də olduğunu diqqətə çatdırıb. Hüseyn Demirel şəhidin övladlarının onlar üçün əmanət olduğunu və bu əmanəti göz bəbəyi kimi qoruyacaqlarını söyləyib.
Mərasimdə çıxış edən şəhid Təbriz Musazadənin pilot yoldaşları və digər natiqlər də şəhidlərin ruhunu ehtiramla yad edib, onların qəhrəmanlıqlarından danışıblar.
Şəhid pilotumuzun ailəsi adından çıxış edən Təbriz Musazadənin həyat yoldaşı Pərişan Musazadə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Mərasim Təbriz Musazadə adına Təhsil və İncəsənət Mərkəzi tərəfindən hazırlanmış liseyin şagirdlərinin, həmçinin şəhid pilotumuzun övladlarının da qatıldıqları ədəbi-bədii kompozisiya ilə davam etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

