/ / AHİK-in nümayəndə heyəti Ümumhəmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin və Şurasının iclaslarında iştirak edib
AHİK-in nümayəndə heyəti Ümumhəmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin və Şurasının iclaslarında iştirak edib
15.04.2017 [10:32]
Aprelin 13-14-də Moskvada, Əmək Sarayında Ümumhəmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin və Şurasının iclasları keçirilib. Konfederasiyanın yaranmasının 25 illiyinə həsr edilmiş tədbiri qurumun prezidenti, Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının sədri Mixail Şmakov açıb. Daha sonra gündəliyə daxil olan məsələlər müzakirə edilib. Bu barədə AZƏRTAC-a Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından (AHİK) məlumat verilib.
İclaslarda AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Mehbalıyevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.
Tədbirdə çıxış edən S.Mehbalıyev bütün iştirakçıları Ümumhəmkarlar İttifaqları Konfederasiyasının yaranmasının 25 illiyi münasibətilə təbrik edib. Bildirilib ki, Ümumhəmkarlar İttifaqları Konfederasiyasının 25 illik fəaliyyəti dövrü böyük və mühüm hadisələrlə zəngindir, həmkarlar ittifaqlarımız arasındakı həmrəyliyin möhkəmlənməsində vacib mərhələ təşkil edib. Azərbaycan həmkarlar ittifaqları daim bu birliyin vəhdəti və birgə fəaliyyəti üçün çalışıb, öz əməli işi ilə bu prinsipə sadiqliyini nümayiş etdirib. Ötən illərdə Azərbaycanın həmkarlar ittifaqlarının nümayəndələri Ümumhəmkarlar İttifaqları Konfederasiyasının keçirdiyi bütün tədbirlərdə fəal iştirak ediblər. Aramızda konstruktiv, işgüzar və dostluq münasibətləri yaranıb. Ümumhəmkarlar İttifaqları Konfederasiyası öz sıralarında MDB ölkələrinin milli və beynəlxalq sahə həmkarlar ittifaqı mərkəzlərini fəal şəkildə birləşdirir. Bütün bu illər ərzində Ümumhəmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətinə yüksək peşəkarlığa, gözəl təşkilatçılıq keyfiyyətlərinə malik, istənilən şəraitdə düzgün qərarlar qəbul etmək bacarığı olan həmkarlar ittifaqı xadimləri rəhbərlik ediblər. Biz beynəlxalq və regional həmkarlar ittifaqı mərkəzlərinin inkişafına verdikləri böyük töhfələrə görə Konfederasiyanın prezidenti M.Şmakova, baş katibi V.Şerbakova, eləcə də qurumun bütün rəhbərlərinə minnətdarlığımızı bildiririk.
AHİK-in sədri qeyd edib ki, Ümumhəmkarlar İttifaqları Konfederasiyası müntəzəm olaraq əmək və sosial qanunvericiliyin təkmilləşdirilməsi sahəsində üzv təşkilatların işinin əlaqələndirilməsində böyük səylər göstərir, bu məsələdə hamımıza metodiki köməkliklər edir, mərkəzlərimiz arasında informasiya mübadiləsinin yaxşılaşdırılmasında fəallıq nümayiş etdirir. Həmkarlar ittifaqı birliklərinin model nizamnamələrinin, konsepsiyaların, planların, müddəaların və Ümumhəmkarlar İttifaqları Konfederasiyasının digər sənədlərinin işlənib hazırlanmasında, birgə təlim seminarların, konfransların, görüşlərin keçirilməsində işimizə konkret yardımçı olur. Məhz bu sahədə Ümumhəmkarlar İttifaqları Konfederasiyası ciddi nəticələrə nail olub. Muzdlu işçilərin əməyinin və sosial-iqtisadi maraqlarının qorunması sahəsində Konfederasiyanın işləyib hazırladığı və MDB-nin Parlamentlərarası Assambleyasının qəbul etdiyi bütün model qanunlar həmkarlar ittifaqı orqanlarının fəaliyyəti üçün hüquqi bazaya çevrilib. Muzdlu işçilərin və həmkarlar ittifaqlarının hüquqları uğrunda mübarizədə son illərin ən başlıca hadisələrindən biri Ümumdünya Layiqli Əmək Gününün qeyd edilməsidir. Bu əlamətdar günlə əlaqədar tədbirləri AHİK Azərbaycan hökuməti və işəgötürənlərlə birgə fəal surətdə həyata keçirir.
S.Mehbalıyev çıxışında Ümumhəmkarlar İttifaqları Konfederasiyasının MDB Parlamentlərarası Assambleyasında səmərəli fəaliyyətini də xüsusi olaraq qeyd edərək deyib ki, Konfederasiya faktiki olaraq bu qurumda qanunvericilik təşəbbüsləri hüququna malikdir. Assambleyanın qəbul etdiyi normativ sənədlərin 50 faizindən çoxu sosialyönümlüdür, konfederasiyanın təşəbbüsü, birbaşa iştirakı ilə işlənib hazırlanıb. Beynəlxalq Əmək Təşkilatının (BƏT) muzdlu işçilər və həmkarlar ittifaqları üçün böyük sosial əhəmiyyət kəsb edən 11 konvensiyasının MDB ölkələrinin parlamentlərində ratifikasiya olunması haqda Ümumhəmkarlar İttifaqları Konfederasiyasının Parlamentlərarası Assambleya vasitəsilə irəli sürdüyü təklif respublikamızın həmkarlar ittifaqları tərəfindən də tam şəkildə bəyənilərək dəstəklənib. Azərbaycanda bu proses uğurla gedir. BƏT-in 11 konvensiyasından 6-sı, yəni, 131, 132, 135, 144, 154,183 saylı konvensiyalar faktiki olaraq Milli Məclis tərəfindən ratifikasiya olunub. 2016-1017-ci illər üçün imzalanmış Baş Kollektiv Sazişə müvafiq olaraq 102, 168 saylı konvensiyaların ratifikasiyası ilə bağlı təkliflər verilib. Qalan üç konvensiya isə Respublika Üçtərəfli Komissiyasının iclasının müzakirəsinə təqdim olunmaq üçün öyrənilir.
AHİK sədri deyib ki, beynəlxalq sahədə ən uğurlu addımlardan biri Ümumhəmkarlar İttifaqları Konfederasiyasının və onun üzv təşkilatlarının 28 aprel - Beynəlxalq Əməyin Mühafizəsi Günündə iştirakıdır. Artıq 13 ildir ki, Azərbaycan həmkarlar ittifaqları da həmin tarixlə əlaqədar kütləvi tədbirlər keçirir, “Əməyin mühafizəsi üzrə ən yaxşı həmkarlar ittifaqı təşkilatı” adı altında müsabiqələr təşkil edilir. Regionlarda hakimiyyət orqanları və işəgötürənlərlə birgə muzdlu işçilərin sağlamlığının, əməyinin və təhlükəsizliyinin mühafizəsi işində çalışan mütəxəssislərlə seminarlar aparılır. Son illərdə Azərbaycan həmkarlar ittifaqları ölkənin əmək qanunvericiliyinin təkmilləşdirilməsi prosesinə real töhfələr verib. Bizim təşəbbüs və təkliflərimizlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, “Həmkarlar ittifaqı haqqında” Qanuna, İnzibati Xətalar Məcəlləsinə və s. qanunlara 100-dən artıq dəyişikliklər edilib.
Həmkarlar ittifaqlarının miqrasiya siyasətinin həyata keçirilməsində Ümumhəmkarlar İttifaqları Konfederasiyasının aparıcı rolunu önə çəkən S.Mehbalıyev qeyd edib ki, miqrasiya məsələləri sahəsində əməkdaşlıq çərçivəsində AHİK Rusiyanın Sverdlovsk vilayətinin Həmkarlar İttifaqı Federasiyası və Həştərxan vilayətinin Birləşmiş Həmkarlar İttifaqı Birliyi ilə müqavilə imzalayıb. Həmin vilayətlərdə Azərbaycandan olan çoxlu sayda əmək miqrantı cəmləşib. Biz adıçəkilən vilayətlərin həmkarlar ittifaqı mərkəzlərinin rəhbərliyinə həmin regionlardakı Azərbaycan diasporu ilə sıx əməkdaşlıq etdiklərinə, onların problemlərinin həllində yardımçı olduqlarına görə dərin minnətdarlığımızı bildiririk. Problemlə bağlı bizim hər bir müraciətimiz Ümumhəmkarlar İttifaqları Konfederasiyası tərəfindən diqqət və dəstəklə qarşılanır.
Çıxışının sonunda AHİK sədri bir daha tədbir iştirakçılarını Ümumhəmkarlar İttifaqları Konfederasiyasının yaranmasının 25 illiyi münasibətilə təbrik edib. O, əminliyini ifadə edərək bildirib ki, əmək adamlarının qanuni hüquq və maraqlarının qorunmasında MDB ölkələrinin həmkarlar ittifaqı mərkəzlərinin qarşısında yeni, daha mürəkkəb vəzifələr durur və həmin vəzifələrin yerinə yetirilməsi Ümumhəmkarlar İttifaqları Konfederasiyası ilə birgə səylərin nəticəsində öz həllini tapacaq.
Xəbər lenti
Hamısına baxİdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48

