Azərbaycan - ticarət turizminin yeni ünvanı!
19.04.2017 [09:56]
Bakı Şopinq Festivalı çərçivəsində dövlət büdcəsinə 50 milyon manatadək vəsaitin daxil olacağı gözlənilir
...Turizm tükənməyən gəlir mənbəyidir. Bu sahənin gəlirləri bir sıra inkişaf etmiş ölkələrin dövlət büdcəsinin formalaşmasında əsas faktor kimi çıxış edir. Məlumat üçün bildirək ki, Turizm mövsümünün ilboyu davam etməsi ABŞ, Böyük Britaniya, Çin, İspaniya, Türkiyə kimi ölkələrin dövlət büdcəsinə milyardlarla hesablanan əlavə vəsaitlərin daxil olmasına səbəb olur. Təbii sərvətlərimiz, rəngarəng iqlimimiz, zəngin tarixi-mədəni irsimiz cəlbedici turizm məhsulu yaratmaq üçün mühüm zəmin yaradır. Odur ki, özünün iqtisadi inkişafına görə nəinki Cənubi Qafqazda, eləcə də MDB və Şərqi Avropa ölkələri arasında lider ölkə olan Azərbaycanda da turizm sahəsinin inkişafı istiqamətində dövlət tərəfindən mühüm addımlar atılmaqdadır. Turizmin inkişafına dair qəbul olunan Dövlət proqramları, “Şahdağ” və “Tufandağ” kimi regionun ən nəhəng Qış-Yay turizm komplekslərinin yaradılması Azərbaycanı ildən-ilə turizm ölkəsinə çevirməkdədir. “Hilton”, “JW Mariott”, “Kempinski”, “Excelsior”, “Four Seasons”, “Sheraton”, “Jumeirah”, “Fairmont” kimi dünyada məşhur olan hotel brendlərinin fəaliyyətə başlaması, paytaxtımızın Avropanın məşhur musiqi yarışması olan “Eurovision”, tarixdə ilk dəfə olaraq keçirilən Avropa Oyunları, eləcə də “Formula-1” yarışları və IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi Azərbaycanın turizm ölkəsi kimi şöhrətini dünyaya yaymaqdadır. Ötən ildən əcnəbilərə vizaların elektron qaydada verilməsinə başlanması xarici turistlərdə Azərbaycana olan marağı daha da artırmış oldu. İndi bunların sırasına daha birisi əlavə olundu - Bakı Şopinq Festivalı!
Tarixlə müasirliyin vəhdəti
MDB məkanında ilk dəfə olaraq ölkəmizdə təşkil olunan Bakı Şopinq Festivalına İçərişəhərdən start verilməsi heç də təsadüfi deyildi. Qədim İpək Yolu üzərində yerləşən Azərbaycan, eləcə də onun paytaxtı əsrlərdir əsnəbilərə öz qonaqpərvərliyini nümayiş etdirməkdədir. Azərbaycan inkişaf etdikcə, bölgələrimiz gözəlləşdikcə, turizm potensialı gücləndikcə adı UNESCO-nun Mədəni İrs siyahısına daxil edilən İçərişəhər yenə də ölkəmizə gələn turistlər üçün ilk səyahət edəcəkləri məkan olur. Çünki bura daşlara hopmuş tariximizdir. Bura həm də tariximizlə müasirliyimizin qovuşduğu məkandır.
Aprelin 10-da xüsusi şou-proqramla Qoşaqala qapısından start verilən Bakı Şopinq Festivalı artıq bir həftədən çoxdur ki, uğurla davam edir.
Festivala qonşu ölkələrdə maraq böyükdür
Aprelin 10-dan mayın 10-dək keçiriləcək, ölkəmizdə sahibkarlığın inkişafına, eləcə də Azərbaycanın turizm gəlirlərinin artmasına xidmət edəcək Bakı Şopinq Festivalına bir çox qonşu ölkələrdə maraq böyükdür. Xüsusilə Rusiya, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Oman, Bəhreyn, İran, Türkiyə, Gürcüstan və digər ölkələrdən ölkəmizə artıq turist axını başlayıb. Adları sadalanan ölkələrin aparıcı TV kanalları, eləcə də KİV-lərində Bakı Şopinq Festivalı haqda silsilə reportajların yer alması heç şübhəsiz ki, qarşıdakı günlərdə ölkəmizə gələn turistlərin sayında özünü büruzə verəcək. Qeyd edək ki, festivalın təşkilatçısı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosudur. Büro festivalın yüksək səviyyədə və səmərəli təşkili üçün öz peşəkar mütəxəssisləri və işçi heyəti ilə gərgin iş rejimində çalışır. Bürodan bildirilib ki, Bakı Şopinq Festivalının daha maraqlı və cəlbedici olması üçün bir ay müddətində müxtəlif ticarət mərkəzlərində, Fəvvarələr meydanında və Dənizkənarı Milli Parkda gündəlik əyləncə tədbirləri keçiriləcək.
Festival dövründə paytaxtın mərkəzi küçələrində, mehmanxanalarda və şəhərin ticarət mərkəzlərində informasiya köşkləri qurulacaq. Turistlərin və Azərbaycan əhalisinin, tərəfdaşların, sponsorların, ticarət nöqtələrinin, alıcıların və festivalın digər iştirakçılarının xidmətinə Çağrı Mərkəzi (Call Center) də istifadəyə veriləcək. Azərbaycan, rus və ingilis dillərində informasiya verəcək Çağrı Mərkəzi hər gün saat 08:00-dan 00:30-dək fəaliyyət göstərəcək.
Həm dövlət büdcəmiz, həm də turistlər qazanacaq
Təkcə Azərbaycanda və Cənubi Qafqaz regionunda deyil, hətta dünyada böyük marağa səbəb olan Bakı Şopinq Festivalının proqramı geniş və rəngarəngdir. Dünya turizm və ticarət təcrübəsindən götürülən bu festivalın təşkili MDB məkanında ilk dəfə olaraq ölkəmizdə tətbiq edilsə də, qonşu Türkiyə, eləcə də Sinqapur və Birləşmiş Ərəb Əmirliklərində hər il analoji tədbirlər keçirilir. Bu isə həmin ölkələrə turistlərin axınını daha da artırır.
Bürodan bildirilib ki, Azərbaycanın zəngin mədəniyyətini, turizm imkanlarını, eləcə də ticarət potensialını əks etdirən Bakı Şopinq Festivalı elə ilk günlərdən ziyarətçilərin və iştirakçıların böyük axınına səbəb olub. Dünyanın bir çox ölkəsindən turistlərin və alıcıların diqqətini cəlb edən festival zamanı əyləncə ilə alış-verişin vəhdəti hər bir iştirakçı üçün unudulmaz və səmərəli anlarla yadda qalıb.
Qeyd edək ki, həm ziyarət, həm ticarət ənənəsində yenilik olan Bakı Şopinq Festivalında ictimai iaşə obyektləri, hotellər, restoranlarla yanaşı, 200-dək ticarət obyekti də iştirak etməkdədir. Alıcıların həvəslə alış-veriş etdiyi tanınmış mağazalar xarici turistlərə və Azərbaycan vətəndaşlarına sərfəli şərtlərlə öz mallarını təklif edirlər. Bakı Şopinq Festivalı çərçivəsində iştirakçı mağazalarda alıcılara inanılmaz endirimlər təqdim edilməkdədir. Hazırda paytaxtın tanınmış brend mağazalarının vitrinlərini 50-70%-lik endirim elanları bəzəməkdədir. Sözsüz ki, bunlar paytaxt sakinlərinin, eləcə də turistlərin diqqətindən yayınmır.
Festivalın daha bir özəlliyi var. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il fevralın 20-də imzaladığı “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında Fərman festivalın yüksək səviyyədə təşkilinə böyük təsir etməkdədir. İndi paytaxt sakinləri, eləcə də turistlər üzərində “Baku Shopping Festival - Tax Free” fərqlənmə nişanını gördükləri həmin mağazalarda festival günləri ərzində aldıqları malların əlavə dəyər vergisini (ƏDV) geri almaq imkanı qazanıblar. Sözsüz ki, belə tədbirlər ticarətin stimullaşdırılmasına öz töhfəsini verməkdədir.
Bakı Şopinq Festivalının ildə iki dəfə keçiriləcəyini nəzərə alsaq, bu ilin sonunadək dövlət büdcəsinə 50 milyon manatadək vəsaitin daxil olacağını gözləmək olar. Başqa sözlə, bu həm turistləri, həm də ölkə sahibkarlığını qarşıdakı illər üçün daha da stimullaşdıracaq.
Festival ticarətlə yanaşı, ölkənin mədəni həyatında da öz izini qoyacaq
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 1 sentyabr 2016-cı il tarixli Sərəncamından irəli gələrək həyata keçirilən Bakı Şopinq Festivalı heç şübhə yoxdur ki, ölkədə turizmin gələcək inkişafı üçün yeni bir mərhələ açır. Mütəxəssislər belə hesab edirlər ki, bu kimi tədbirlər turizm və ticarətin inkişafını stimullaşdırmaqla yanaşı, ölkənin mədəni həyatında da öz izini qoymuş olacaq.
Belə ki, həm ziyarət, həm ticarət ənənəsində yenilik olan və bir ay müddətində davam edəcək Bakı Şopinq Festivalının mədəni tədbirlər proqramı da çox zəngindir.
Təşkilatçılar bildirirlər ki, festival davam etdiyi müddətdə bütün şopinqmollarda həftənin cümə, şənbə və bazar günləri xüsusi əyləncə proqramları təqdim ediləcək. Paralel olaraq Bakının müxtəlif mədəniyyət mərkəzlərində mədəni proqramların həyata keçirilməsi planlaşdırılır. Belə ki, festival zamanı sakinləri çoxlu sayda əyləncəli tədbirlər - konsertlər, fləşmoblar, modalar, teatr və kino nümayişi, bir çox sürprizlər, uduşlar və hədiyyələr də gözləyir. Bu tədbirlərdə həm populyar yerli, həm də əcnəbi incəsənət ustaları çıxış edəcəklər. Elə buna misal olaraq, sosial şəbəkələrdə “rəqs edən milyonçu” kimi məşhurlaşan, 8 milyondan çox izləyicisi olan dünya şöhrətli italiyalı rəqqas Canluka Vakkini göstərmək yetərlidir. Çılğın rəqsləri, dəbdəbəli həyat tərzi ilə tanınan italyan biznesmen və filantrop C.Vakki mayın 5-6-da öz DJ proqramı ilə Bakı Şopinq Festivalına qatılacaq. O, festivalın ruhuna uyğun “Enjoy” (“Zovq al”) şüarı ilə paytaxt sakinlərini, eləcə də turistləri öz sürprizləri ilə sevindirəcək. Bir sözlə, Bakı Şopinq Festivalının ilk dəfə təşkil olunmasına baxmayaraq, onun paytaxt sakinləri, eləcə də şəhərimizin qonaqlarının yaddaşlarında dərin izlər buraxacağına heç şübhə yoxdur.
Odur ki, Bakı Şopinq Festivalının bizə verdiyi bu fürsəti əldən qaçırmamağa tələsin!
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxDünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55

