Ötən üç ayda Tərtərdə sənaye məhsulları istehsalında 22,4 faizlik artım qeydə alınıb
21.04.2017 [09:12]
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda aqrar sahənin inkişafı diqqət mərkəzindədir. Cari ilin məhsulu üçün 9871 hektarda dənli bitkilər, 1539 hektarda şəkər çuğunduru, 267 hektarda günəbaxan, 459 hektarda kartof, 413 hektarda tərəvəz, 27 hektarda qarğıdalı əkilib. Dövlətimizin başçısının ixracyönümlü məhsulların istehsalının artırılması ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq, bu il 3068 hektar sahədə pambıq becərməyi qarşıya məqsəd qoyan tərtərli fermerlər hazırda çiyid səpinini davam etdirirlər.
AZƏRTAC xəbər verir ki, bu barədə Tərtər rayonunda 2017-ci ilin birinci rübünün yekunlarına həsr olunan hesabat yığıncağında məlumat verilib.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun məruzəsində bildirilib ki, ilin üç ayında rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, iqtisadiyyatın daha da möhkəmləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, əhalinin sosial-iqtisadi problemlərinin həlli və yaşayış məntəqələrinin abadlaşdırılması sahəsində tədbirlər uğurla davam etdirilib. Bu dövrdə rayonda ümumi məhsul buraxılışının həcmi 26,6 milyon manat olub. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 12,8 faiz çoxdur. Əvvəlki ilin müvafiq dövrünə nisbətən kənd təsərrüfatı məhsulları istehsalı 7,9 faiz, sənaye məhsulları istehsalı 22,4 faiz artıb. Bütün maliyyə mənbələri hesabına əsas kapitala 4 milyon 298,1 min manat investisiya yönəldilib, 3 milyon 698,4 min manatlıq tikinti-quraşdırma işləri aparılıb.
Çıxışlarda Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə martın 28-də Saatlıda keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində və aprelin 17-də Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində dövlətimizin başçısının nitqindən irəli gələn vəzifələrdən də bəhs edilib. Tərtərli fermerlər yüksək keyfiyyətli və ixracyönümlü kənd təsərrüfatı məhsulları istehsal etməyi qarşıya məqsəd qoyublar.
Yığıncaqda çıxış edənlər təmsil etdikləri sahələr üzrə görülmüş işlərdən, əldə olunmuş uğurlardan, mövcud problemlərin aradan qaldırılması yollarından danışıblar.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59

