Bakı Şopinq Festivalına getmək üçün 5 səbəb
25.04.2017 [09:01]
Bəlkə də şopinq Bakıya səfər etmək üçün alışdığımız səbəblərdən deyil. Adətən bu şəhərə onun qastronomik ləzzəti və gözəl memarlığına görə üstünlük verirlər. Lakin bu il hər şey dəyişəcək. Aprelin 10-dan mayın 10-dək Bakı şopinq-turizmin paytaxtına çevrilib - burada ilk ticarət festivalı keçirilir. Bu isə o deməkdir ki, bir ay ərzində şəhərin qonaqlarını butik, otel və restoranlarda böyük endirimlər gözləyir. Üstəlik, festivalın zəngin mədəni proqramı da var. Aldıqlarınızı elə yerindəcə geyə bilərsiniz, məsələn, operaya və ya müasir incəsənət sərgisinə baş çəkmək üçün.
Odur ki, Bakı Şopinq Festivalına yollanmağa dəyər - təxirə salmadan. Səbəblərini açıqlayırıq:
1. Gözəl şəhər
Qədim tarixi olan bütün şəhərlər kimi, Bakı da təzadlar şəhəridir. Onun ürəyi qədim qalası, sarayları və məscidləri olan İçərişəhərdir. Burada həyat sanki yavaşlayıb. Qala divarlarından kənarda isə həyat çox sürətlə gedir. Şəhərdə çox sayda göydələn və müasir memarlıq əsərləri var. Təkcə əfsanəvi memar Zaha Hadidin ən yaxşı layihələrindən olan Heydər Əliyev Mərkəzini görmək çox şeyə dəyər.
Rahat nəfəs almaq üçün Bakıdan kənara çıxmaq lazım deyil. Dənizkənarı və Dağüstü parklarda bir fincan çayla qürubu izləmək çox gözəldir.
2. Tez və ucuz səyahət
Bu ay Bakının otel, mağaza və restoranları qonaqları aksiyalarla qarşılayır. Şəhərdə çalışan ən tanınmış şirkətlər şopinq festivalını xüsusi endirimlərlə dəstəkləyir. Üstəlik, uçuş da çox vaxt almır: Moskvadan buraya cəmi 3 saat. Təyyarə biletlərini hətta may bayramlarında da münasib qiymətlərə əldə etmək olar.
Əgər səfər təşkilatçılığı ilə özünüzü yormaq istəmirsinizsə, şopinq-festival ofisinin təklif etdiyi turist paketini sifariş edə bilərsiniz. Onlar sizin uçuş, yaşayış, transfer və hətta səhər yeməyi qayğılarınızı öz üzərlərinə götürəcəklər. İstirahət günləri üçün ekonom-paket cəmi 280 dollara, VİP təklif isə 550 dollara başa gələcək. Lakin aralıq variantları da mümkündür. Bakıda daha uzun müddət qalmaq istəyənləri ayrıca təklifər gözləyir.
3. Dadlı yemək
Təkcə Azərbaycan yeməklərinin dadına baxmaq üçün Bakıya gəlməyə dəyər. Burada sizi plov, dolma, küftə, kabab, təndir yeməkləri, ballı-qozlu şirniyyatlara qonaq edəcəklər. Bütün restoranlarda milli yeməklər böyük porsiyalarla verilir, elə şirniyyata da xəsislik etmirlər.
Qəlyanaltı etmək üçün ən yaxşı məkanları yerli insanlardan soruşun. Unutmayın, Bakıda ən dadlı yeməkləri o qədər də nəzərə çarpmayan kiçik kafelərdə verirlər. Buraya özünüzlə alkoqollu içki də gətirə bilərsiniz. Belə yerlərdə hətta menyuda olmayan yeməyi belə, çəkinmədən sifariş vermək olar. Burada qonağın istəklərini məmnunluqla yerinə yetirirlər.
4. Şopinq
Festivalın tərəfdaşları arasında istənilən cibə uyğun mağazalar var. Demək olar ki, bütün əsas alış-veriş yerləri Neftçilər prospektində cəmləşib. Burada “Dolce&Gabbana”, “Ralph Lauren”, “Valentino” səviyyəli butiklərdən tutmuş, “Mango”, “United Colors of Benetton” kimi mass-market nəhənglərinə qədər var. Yerli tacirlərdən isə fermer məhsulları və məşhur Azərbaycan xalçaları əldə edə bilərsiniz. Onların hamısı 30-70% endirimlə təklif edilir. Bəxtinizi əsl Şərq bazarında da sınaya bilərsiniz - burada qiymət bazarlığının həmişə yeri var.
Əgər siz 300 manatlıq nəsə almısınızsa, bu 10 min rubl edəcək. Odur ki, mağazada “Tax-Free” sisteminin olub-olmadığını soruşun. Bu yolla ödədiyiniz məbləğin 18%-ni geri qaytara bilərsiniz. Onu Bakı Hava Limanında və ya aşağıdakı banklarda ala bilərsiniz: PASHA Bank, Kapital Bank, Yapı Kredi Bank, Azerbaijan İndustrial Bank və Bank Silk Way.
5. Mədəni proqram
Bu ay Bakıda baxmalı və dinləməli çox şey baş verəcək. Apreldə böyük Mstislav Rostropoviç festivalı start götürüb və hazırda dünyanın bir çox yerindən gəlmiş orkestrlər Bakı səhnələrində konsert verir. Onlar Qaydn və Motsartdan tutmuş, Stavrinski və Şnitkeyə qədər klassiklərin əsərlərini ifa edir. Yox, əgər yerli kolorit istəyirsinizsə, onda Marionet Teatrına yollanın. Orada Azərbaycan nağılları və əfsanələrinin əsasında hazırlanmış tamaşalara baxa bilərsiniz.
www.worldmedia.az
Xəbər lenti
Hamısına baxDünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23

