Bakı Atatürk Liseyi uşaqlar üçün möhtəşəm bayram şənliyi təşkil edib
26.04.2017 [09:13]
Məlum olduğu kimi, hər il aprelin 23-də Türkiyədə Milli Suverenlik və Uşaq Bayramı, həmçinin Türkiyə Böyük Millət Məclisinin fəaliyyətə başlamasının növbəti ildönümü qeyd olunur. Bu münasibətlə hər il olduğu kimi, bu dəfə də qardaş ölkənin bütün ərazisində, o cümlədən Azərbaycanda tədbirlər, şənlik və konsertlər təşkil olunub.
Eyni zamanda, Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyi tərəfindən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında uşaqlar üçün möhtəşəm bayram şənliyi təşkil edilib. Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Abdulqadir Böyükfiratın və səfirliyin digər təmsilçilərinin, Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində fəaliyyət göstərən Türk Dünyası İşlətmə fakültəsinin dekanı Fərruh Tuzcuoğlunun, liseyin müdiri Hüseyn Dəmirəlin, bayram ərəfəsində liseyin qonağı olan İstanbuldakı Mürrüvvet Hanım İlkokulunun müdiri Selmin Yönün rəhbərlik etdiyi müəllim və şagirdlərdən ibarət nümayəndə heyətinin, həmçinin KİV nümayəndələrinin də iştirak etdiyi bayram tədbirinə Ulu öndərlər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün, həmçinin şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan və Türkiyənin dövlət himnlərinin oxunması ilə start verilib.
Bu il təsis edillməsinin 25-ci ildönümünü qeyd edən Bakı Atatürk Liseyinin fəaliyyətinə həsr olunmuş filmin nümayişindən sonra səhnə kiçik yaşlı məktəblilərin ixtiyarına verilib. Həm Bakı Atatürk Liseyinin, həm də mərasimə qonaq kimi dəvət almış Səttar Bəhlulzadə adına Xarici Dillər Gimnaziyasının, Elitar Gimnaziyanın kiçikyaşlı şagirdlərinin və “Mitraks” rəqs qrupunun ifasında 23 aprelə, Türk dünyasına, Azərbaycanla Türkiyənin qardaşlığına həsr edilmiş mahnı, rəqs və şeir təqdim edilib.
Mərasimin gedişində həmçinin, Türkiyədən gəlmiş qonaqlar- İstanbuldakı Mürrüvvet Hanım İlkokulunun müdiri Selmin Yön, müdir müavini Harun Aktaş, müəllimlər - Celal Karasoy, Seda Karasoy, Nesrin Güneş və Funda Alpanık səhnəyə dəvət ediliblər. Belə bir gündə Azərbaycanda olmaqdan məmnunluqlarını ifadə edən qonaqlar Bakı Atatürk Liseyinin müdiri Hüseyn Dəmirələ, Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində fəaliyyət göstərən Türk Dünyası İşlətmə fakültəsinin dekanı Fərruh Tuzcuoğluna xatirə hədiyyələrini təqdim ediblər.
Tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanan bayram tədbiri “Natiq” ritm qrupunun ifasında musiqi nömrələrinin təqdimatı və “10-cu il marşı”nın oxunması ilə başa çatıb.
Şəmsiyə İsmayıllı
Türk Dünyası Bakı Atatürk Liseyi 9B sinif şagirdi
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

