Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / "Azərsun Holdinq" daha 42 məhsulun qiymətini aşağı saldı

"Azərsun Holdinq" daha 42 məhsulun qiymətini aşağı saldı

27.04.2017 [11:58]

Son aylar ərzindəmilli valyutamızın ABŞ dolları qarşısında dəyər qazanması ölkə həyatının müxtəlif sahələrində müsbət özünü göstərir. Azərbaycanın aparıcı şirkətlərindən olan "Azərsun Holdinq" yaranmış müsbət vəziyyəti nəzərə alaraq daha 42 çeşiddə yağ məhsulunun qiymətini aşağı salıb. Bu barədə "Yeni Azərbaycan"a "Azərsun Holdinq"in İctimaiyyətlə Əlaqələr və Sosial Xidmətlər departamentinin rəhbəri Afiq Səfərov məlumat verib.
Məlumatda deyilir ki, Şirkətlər Qrupu tərəfindən istehsal olunan "Zolotoye solnişko", "Final", "Möcüzə", "Zoluşka" , "Evim", "Sərfəli", "Gülüm", "Bizim aşpaz", "Solnecnoye" markalı günəbaxan ve qarğıdalı yağlarına 6-11 % endirim edilib.
Qeyd edək ki, bir müddət əvvəl "Azərsun Holdinq" şəkər, düyü, yağ, çay, salfet, düyü, mərcimək kimi 116 çeşiddə məhsulun qiymətini aşağı salmışdı.

Paylaş:
Baxılıb: 545 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31