Saxta məhsulların idxalının və satışının qarşısının alınması ilə bağlı tədbirlər gücləndirilir
02.07.2009 [14:22]
Respublikamızda saxta və ya keyfiyyətsiz məhsulların ölkəyə idxalının və istehlak bazarında satışının qarşısının alınması ilə bağlı son illərdə bir sıra mühüm tədbirlər görülməkdədir. İnsanların sağlamlığı üçün xüsusi təhlükə törədən malların dövriyyədən çıxarılması üçün müvafiq orqanlar tərəfindən ciddi addımlar atılmaqdadır. Bu cür malların dövriyyəsinə qarşı qanunvericilikdə cərimə və cəzaların müəyyən edilməsinə və sərhəd-buraxılış məntəqələrində, satış şəbəkələrində ciddi ölçülər götürülməsinə baxmayaraq müxtəlif qrupların qaçaqmalçılıq hərəktləri nəticəsində qeyd olunan məhsulların idxalının tamamilə qarşısını almaq mümkün olmur. Bu istiqamətdə daha effektli tədbirlərin həyata keçirilməsi üçün İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi qərara alınıb.
Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən saxta və keyfiyyətsiz malların idxal edilməsinə, habelə, gömrük qaydaları əleyhinə olan inzibati xətalara görə məsuliyyətin gücləndirilməsi nəzərdə tutulur. İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişikliklərə əsasən, saxta mallar idxal etmək istəyənlərə ən sərt cəza tədbirləri tətbiq olunacaq. ölkəmizdə ərzaq və qeyri-ərzaq məhsullarının idxalı ilə məşğul olan şəxslər gömrük qaydalarına zidd addımlar atdığı təqdirdə onlar barəsində İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq yüksək məbləğdə cərimələr müəyyən ediləcək. Həmin şəxslər cərimə məbləğlərinə məhəl qoymayaraq qeyri-qanuni hərəkətlərini davam etdirəcəkləri halda isə sanksiyalarla üzləşməli olacaqlar. Belə ki, fiziki şəxslər beş yüz manatadək, vəzifəli şəxslər iki min manatadək, hüquqi şəxslər isə yeddi min manatadək cərimə məbləği ödəməli olacaqlar. Cərimələr bir neçə dəfə tətbiq edildikdən sonra sahibkar yenə də gömrük qaydalarını pozarsa artıq onun haqqında sanksiyalar daha sərt xarakter daşıyacaq. Bu isə həmin şəxsin idxal fəaliyyətinin məhdudlaşdırılması və yaxud dayandırılması deməkdir.
İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişikliklər ölkə vətəndaşlarının hüquqlarının və sağlamlıqlarının daha etibarlı qorunması üçün əhəmiyyətli baza yaratmış olacaq. Bu qaydalar saxta malların idxalı və satışına qarşı effektli mübarizəni gücləndirməklə bərabər, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə qarşı tədbirlərin geniş miqyas almasını şərtləndirmiş olur. Eyni zamanda, ölkəmizdə ərzaq təhlükəsizliyi ilə bağlı siyasətin mühüm istiqamətlərindən biri olan keyfiyyətsiz məhsulların dövriyyəsinin qarşısının alınması sahəsində tədbirlərin səmərəliliyini artırır.
Respublikamızda keyfiyyətsiz malların idxalının və satışının qarşısının alınması ilə əlaqədar son illərdə gömrük orqanlarının və sərhəd-buraxılış strukturlarının gördüyü işlər bu sahədə mühüm dəyişikliklərə səbəb olmaqdadır. Bu gün Azərbaycanın gömrük orqanları gömrük nəzarətinin ən müasir vasitələri ilə - endoskoplar, narkotikləri müəyyən edən aparatlar, narkotesterlər, rentgen aparatları və digər avadanlıqlarla təchiz edilib ki, bu da qaçaqmalçılıq hallarına qarşı mübarizəni gücləndirib. BMT İnkişaf Proqramı ilə birgə həyata keçirilən layihənin icrası nəticəsində ən müasir telekommunikasiya avadanlıqları, avtomatlaşdırılmış sistemlə təmin olunan gömrük orqanları qaçaqmalçılığa qarşı ən mükəmməl əməliyyat tədbirləri keçirməyə qadirdir. Bunun nəticəsidir ki, dəfələrlə ölkəyə narkotik vasitələrdən başqa, saxta, insan orqanizmi üçün xüsusi təhlükə törədən ərzaq və içkilər, siqaret, dərman, geyim və məişət məmulatları gətirməyə cəhd edən qrupların əməllərinin qarşısı alınıb. Bu ilin yanvar ayından sərhəd-keçid məntəqələrində “bir pəncərə” sisteminin tətbiq olunması isə bu istiqamətdə işin effektliliyinin artmasında mühüm rol oynayıb.
Son dövrlər İqtisadi İnkişaf Nazirliyi də istehlakçıların hüquqlarının qorunması və saxta malların satışının qarşısının alınması ilə bağlı tədbirləri gücləndirib. Nazirliyin İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin fevral ayından daha geniş və intensiv xarakter alan monitorinqləri nəticəsində indiyədək yüzlərlə mağaza və satış məntəqələrində yararsız mallar aşkarlanaraq məhv edilib. Həmin məhsullar sırasında kolbasa, qənnadı məmulatları, bitki yağları, süd və süd məhsulları, göbələklər, konservləşdirilmiş məhsullar, həmçinin, dondurmalar və sərinləşdirici içkilər və digər məhsulları göstərmək olar. Qazanc xatirinə bazara saxta mallar çıxaranlar hətta yararsız və sağlamlıq üçün ciddi fəsadlar törədən uşaq yeməklərini də satmaqdan çəkinmirlər. Məsələ ondadır ki, keyfiyyətsiz məhsullara mağazalarla bərabər, tanınmış marketlərdə, məsələn, “Holland market”, “SAF” ticarət mərkəzi, “Nurgün Qrupp” MMM, “Yaşıl market”, “Real market” və digərlərində də rast gəlinir.
Saxta və ya keyfiyyətsiz məhsulların idxalının və istehlak bazarında satışının qarşısının alınması ilə bağlı tədbirlərin geniş miqyas alması və bununla əlaqədar İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişikliklərin edilməsi bu istiqamətdə effektli nəticələr verəcək.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41

