UNEC Azərbaycanın adını “ScienceSlam” dünya elm müsabiqəsinin tarixinə yazır
05.05.2017 [10:20]
UNEC beynəlxalq səviyyəli ilkə imza ataraq, dünyaca məşhur “Science Slam” elm müsabiqəsini təşkil edib.
İdeya müəllifliyi alman Qreqor Beninə məxsus olan və ilk dəfə 2006-cı ildə Almaniyanın Darmştadt şəhərində təşkil edilən yarışa bu günə kimi Böyük Britaniya, Rusiya, Ukrayna və Türkiyə qoşulub. Dünya üzrə 6-cı ölkə olaraq Azərbaycanda, UNEC-də təşkil edilən müsabiqənin əsas fəlsəfəsi - həyatımızın ayrılmaz hissəsi olan elmi informasiyalarla dolu, anlaşılmayan termin və formullarla deyil, tam fərqli üslubda, bilinən elmə fərqli prizmadan baxaraq populyarlaşdırmaqdır.
Müsabiqəyə elmlə maraqlanan, araşdırmaçılarla ünsiyyət qurmaq, ən son yenilikləri öyrənmək və əhatəsini genişlətmək istəyənlər qatılır.
UNEC-də təşkil edilən müsabiqənin final mərhələsində universitetin rəhbərliyi, müəllim-professor heyəti və tələbələrlə yanaşı, Təhsil Nazirliyinin və Elmin İnkişaf Fondunun rəsmiləri, millət vəkilləri, təhsil ekspertləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
UNEC rektoru, professor Ədalət Muradov çıxışında Azərbaycanda ilk dəfə təşkil edilən müsabiqənin elmin inkişaf strategiyası baxımından intellektual potensialın möhkəmlənməsinə verəcəyi töhfələrdən danışıb. Elmin populyarlaşdırılması üçün unikal bir formatın olduğunu qeyd edib və bildirib ki, gəncləri elmi tədqiqatlara stimullaşdırmaq, onları elmə maraq doğuracaq prizmadan baxmağa həvəsləndirməklə, dünya elminə çevik inteqrasiyanı təmin etmiş olacağıq.
Müsabiqənin formatına uyğun olaraq, fakültə qalibləri 10 dəqiqə ərzində öz araşdırmalarını anlaşılan, kreativ və maraqlı şəkildə təqdim ediblər. Tələbələrin azad iqtisadi zonalar və offşor, kənd təsərrüfatı, turizm, avtomobillərdə təhlükəsizlik, milli incilər və aksessuarlar, reklam sənayesi, antimaddə, RSA şifrələmə sistemi haqqında araşdırmaları diqqətlə izlənilib.
Qaydalara uyğun olaraq, qaliblərin çıxışları alqış sədaları ilə qiymətləndirilib. Xüsusi cihaz vasitəsilə ölçülən alqışın səs diapozonu qalibi müəyyənləşdirib. 98.7 desibel (dB) səs tezliyində alqış qazanan Rus İqtisadiyyat Məktəbinin tələbəsi Aysel Abbasbəyli I UNEC Science Slam müsabiqəsində birinci yerin sahibi olub. 96.1 dB ilə Türk Dünyası İşlətmə fakültəsinin tələbəsi Məmməd Məmmədli ikinci, İqtisadiyyat fakültəsinin tələbəsi Nərmin Heydərova isə 95.3 dB ilə üçüncü yerə layiq görülüb. Qaliblər hədiyyə kuponu və sertifikatlarla təltif edilib.
Məlumat üçün qeyd edək ki, Qərb ölkələrində bir çox Science Slam müsabiqələrində aparıcı şirkətlərin nümayəndələri də iştirak edir və maraq doğuran araşdırmalara sərmayə təklifləri də irəli sürürlər. Bundan motivasiya alan gənc tədqiqatçılar inanırlar ki, apardıqları tədqiqatlar cəmiyyət üçün maraqlıdır və bu işi davam etdirməyə dəyər.
Xəbər lenti
Hamısına baxDünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55

