Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü Daşkəsəndə təntənə ilə qeyd edilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü Daşkəsəndə təntənə ilə qeyd edilib

06.05.2017 [12:17]

Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ərəfəsində Daşkəsən rayon İcra Hakimiyyəti və YAP Daşkəsən rayon təşkilatının birgə təşkilatçılığı ilə idarə, müəssisə və təşkilatlarda, ümumtəhsil məktəblərində, mədəni-maarif müəssisələrində dəyirmi masalar, ədəbi-bədii kompozisiyalar, rəsm və inşa yazı müsabiqələri, bilik və idman yarışları, oxucu konfransları təşkil olunub. Keçirilən tədbirlərdə daşkəsənlilər bir daha Ulu öndərə olan xalq sevgisini, məhəbbətini nümayiş etdiriblər.
May ayının 5-də rayon İcra Hakimiyyətinin başcısı Əhəd Abıyevin və YAP Daşkəsən rayon təşkilatının fəallarının, aidiyyəti orqanların əməkdaşlarının iştirakı ilə Ulu öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsinin önünə əklil və gül dəstələri qoyulub, Ümummilli liderin xatirəsi böyük ehtiramla yad edilib.
Tədbir iştirakçıları daha sonra Heydər Əliyev Mərkəzində Ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş filmə və eksponatlara baxış keçiriblər. Tədbirdə Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Ulu öndər haqqında geniş nitq söyləyib, müstəqil Azərbaycanın memarı, qurucusu və xilaskarının ölkəmizin tarixində əvəzsiz xidmətlərindən, ölkənin daxilində vətəndaş müharibəsinin qarşısını almasından, bu gün sürətlə davam edən Azərbaycanın inkişafı üçün qoyduğu bünövrədən bəhs edib.
Əhəd Abıyev çıxışında qeyd edib ki, Azərbaycan cəmiyyətinin bütün sahələrinin inkişafında, dövlətçiliyin möhkəmlənməsində, o cümlədən milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasında misilsiz rol oynamış Azərbaycan xalqının Ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin ömür yolu xalqımızın və dövlətimizin tarixində qızıl səhifə təşkil edir.
Tədbirdə çıxış edən Prezident Administrasiyasının məsul işçisi Qafar Əliyev, rayon ziyalıları və ictimaiyyətin nümayəndələri Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin memarı kimi fəaliyətindən bəhs edib, dahi şəxsiyyətin Azərbaycan qədər əbədi olacağına əminliklərini ifadə ediblər.

Paylaş:
Baxılıb: 578 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31