/ / Azərbaycan dövləti müharibə veteranlarının problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşır
Azərbaycan dövləti müharibə veteranlarının problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşır
11.05.2017 [10:26]
Mayın 9-da Nərimanov rayonunda yerləşən “Qardaşlıq Məzarlığı” Əbədi Xatirə Kompleksində faşizm üzərində Qələbənin 72-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Böyük Vətən müharibəsi veteranlarının, Milli Məclisin deputatlarının, MDB ölkələrinin Azərbaycandakı səfirlərinin və digər akkreditə olunmuş nümayəndələrinin, hərbçilərin, gənclərin, rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdikləri tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi və Böyük Vətən müharibəsində, həmçinin torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra əllərində MDB dövlətlərinin bayraqlarını tutmuş gənc şahinlərin Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidənin önündən fəxri keçidi olub.
Tədbirdə çıxış edən Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Azərbaycan xalqının faşizm üzərində tarixi Qələbəyə böyük töhfə verdiyini, bu şanlı zəfərin əldə olunmasında çox böyük payı olan xalqımızın 640 mindən çox oğul və qızını cəbhəyə yola saldığını, onların təxminən yarısının döyüşlərdə həlak olduğunu bildirərək, həmin dəhşətli müharibə zamanı göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox vətəndaşının Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyünü, 170 mindən çox əsgər və zabitimizin müxtəlif orden və medallarla təltif edildiyini vurğulayıb.
A.Fərzəliyev xalqımızın faşizmə qarşı mübarizədə döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də qəhrəmanlıq göstərdiyini qeyd edərək, şanlı Qələbəyə neft Bakısının töhfəsinin də əvəzsiz olduğunu, müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsinin, aviasiya benzini və yüksəkkeyfiyyətli motor yağlarının 85-90 faizinin Azərbaycanın payına düşdüyünü, Qələbənin qazanılmasında həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyətinin Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirildiyini diqqətə çatdırıb. O, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə böyük diqqət və qayğı ilə yanaşdığını, məhz Ulu öndərin diqqət və qayğısı nəticəsində İkinci Dünya müharibəsi iştirakçılarının mənəvi haqlarının özlərinə qaytarıldığını və bu dahi şəxsiyyətin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizdə Qələbə Gününün qeyd olunduğunu söyləyib.
Ulu öndərimizin bu siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən icra başçısı ölkəmizdə müharibə veteranlarına göstərilən dövlət qayğısını sosial siyasətin əsas istiqamətlərindən biri kimi səciyyələndirib, həmçinin Qələbə Günü ərəfəsində dövlətimizin başçısının Sərəncamı ilə müharibə iştirakçılarına, onların ailələrinə birdəfəlik maddi yardımın edilməsinin bu qayğının bariz nümunəsi olduğunu vurğulayıb.
Sahəsi 11 min 220 kvadratmetr olan ərazidə inşa olunan, müharibə zamanı Bakıdakı hospitallarda vəfat etmiş, arasında müxtəlif xalqların nümayəndələrinin də mövcud olduğu 1462 qəhrəman döyüşçünün dəfn olunduğu “Qardaşlıq Məzarlığı” Əbədi Xatirə Kompleksinin dövlətimizin başçısının xüsusi diqqət və qayğısı sayəsində yaradıldığını nəzərə çatdıran icra başçısı ölkəmizin bütün sahələrində, o cümlədən hərbi sahədə əldə olunmuş nailiyyətlərini qeyd edib. O, mənfur düşməni hər an məhv etməyə qadir yenilməz və mütəşəkkil ordumuzun olduğunu, vaxtilə babalarımızın qəhrəmanlıq göstərərək faşizm üzərində əldə etdiyi möhtəşəm Qələbənin davamının tezliklə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bugünkü gənc nəslin təmsil etdiyi şanlı ordumuzun sayəsində torpaqlarımızın işğaldan azad olunması və son nəticədə erməni faşizmi üzərində qələbə ilə davam edəcəyinə əminliyini bildirib.
Milli Məclisin deputatı Rasim Musabəyov veteranlarımızın ölkəmizin ictimai-siyasi həyatında, xüsusən gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsində fəal iştirak etdiyini, zəngin təcrübələrini onlarla bölüşməkdən əsirgəmədiyini bildirib.
Tədbirdə müharibə veteranı, Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış edərək göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
MDB ölkələri səfirləri adından veteranları təbrik edən Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin Azərbaycan dövlətinin rəhbərliyinin keçmiş sovet ölkələrinin müştərək tarixi ilə bağlı mövqeyinin yüksək qiymətləndirildiyini qeyd edib. Səfir Azərbaycanın müharibə illərində möhtəşəm Qələbənin əldə olunmasında verdiyi layiqli töhfələri böyük qəhrəmanlıq adlandırıb.
Tədbir iştirakçıları 1941-1945-ci illər müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub, kompleksi ziyarət ediblər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59

