Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Naftalanda Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib

Naftalanda Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib

15.06.2017 [10:26]

Naftalan şəhər İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Naftalan şəhər təşkilatının təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilib. Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül-çiçək dəstələri düzüblər.
Heydər Əliyev Mərkəzində davam edən tədbirdə çıxış edən Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov Ümummilli lider Heydər Əliyevin Azərbaycanın həyatında müstəsna rolundan və Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışıb. İcra Hakimiyyətinin başçısı qeyd edib ki, 1993-cü il iyunun 15-i müstəqil Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil olub: “Bu da təsadüfi deyil. Məhz xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn və 1993-cü il iyunun 15-də Ali Sovetin Sədri seçilən Ümummilli lider Heydər Əliyev Öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir”.
Çıxışına davam elən Natiq Aslanov bildirib ki, müstəqil Azərbaycan Respublikası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir, gündən-günə çiçəklənir.
Digər çıxış edənlər də Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən bəhs ediblər.
Sonda məktəblilərin ifasında “Dahi rəhbər” adlı kompozisiya nümayiş etdirilib.

Paylaş:
Baxılıb: 599 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31