Şəffaflığın təmin edilməsi vergi orqanlarının ən vacib vəzifələrindəndir
22.06.2017 [09:39]
Şəffaflığın təmin edilməsi vergi orqanlarının ən vacib vəzifələrindəndir. Vergiödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın və şəffaflığın artırılması, sahibkarlara daha əlverişli şərait yaradılması və vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Vergi Məcəlləsində bir sıra dəyişikliklər edilib, vergi orqanlarında ciddi islahatlar aparılıb. Bu fikirlər Vergilər Nazirliyinin Vergi öhdəliklərinin icrasına nəzarət departamentinin baş direktoru, baş vergi xidməti müşaviri Zeynalabdin Məmmədzadənin məqaləsində öz əksini tapıb.
Məqalədə deyilir ki, vergi əməliyyatlarında şəffaflığın təmin edilməsi, ilk növbədə, vergi ödəyiciləri tərəfindən ciddi hesabat blankları tətbiq edilməklə malların alınıb-satılmasından, vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun düzgün aparılmasından, yalnız əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsindən başlayır: “Vergi Məcəlləsinə əlavə edilmiş 16.1.11-6-cı maddəyə əsasən, sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada qaimə-faktura və ya elektron qaimə-faktura vermək vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. Qanunvericiliyə əsasən, vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən sənədlər (qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura), həmin mallar idxal edilmişdirsə - idxal gömrük bəyannaməsi, vergi ödəyicisinin özü tərəfindən istehsal edilmişdirsə - Vergi Məcəlləsinin 130.1-1-ci maddəsi ilə müəyyən olunmuş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmalıdır.
Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərin (xərclərin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifələrinə aid edilib. Bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli Fərmanı ilə ictimai iaşə fəaliyyəti və pərakəndə ticarət fəaliyyəti sahələrində, 2017-ci il 16 iyun tarixli fərmanı ilə istehsal fəaliyyəti və topdansatış ticarət fəaliyyəti sahələrində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları təsdiq olunub. Qaydaların hazırlanmasında məqsəd vergi ödəyicilərinin gəlirlərinin və xərclərinin müəyyən edilməsi ilə bağlı malların mədaxili və məxarici prosedurlarının müəyyən edilməsindən, eləcə də vergi ödəyicilərinə məxsus malların təsərrüfatdaxili hərəkətinin sənədləşdirilməsini, bu sahədə şəffaflığın, uçot və hesabatlılığın artırılmasını təmin etməkdən ibarətdir”.
Məqalədə eyni zamanda Vergi Məcəlləsində aparılmış sonuncu dəyişikliklər nəticəsində malların qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası əsasında alınmasına nəzarət edilməsinin operativ vergi nəzarəti tədbirlərinin əhatə dairəsinə daxil edildiyi və bu istiqamətdə yol verilən qanun pozuntuları zamanı hansı tədbirlərin görüldüyü bildirilir.
O da bildirilir ki, qeyri-rəsmi məşğulluq və vergidən yayınma hallarının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması istiqamətində vergi orqanları tərəfindən cari ilin yanvar-may ayları ərzində 555 obyektdə aparılmış vergi nəzarəti tədbirləri nəticəsində 329 obyekt üzrə 1987 nəfər şəxsin müvafiq qaydada rəsmiləşdirilmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyi aşkar olunub. Nəzarət tədbirlərinin nəticələrinə görə, qanun pozuntusuna yol vermiş şəxslər barəsində 1 milyon 735 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18

